MDB
Putin onlarla görüşmək niyyətində deyil
Böyük biznes nümayəndələri ilə söhbət hələ Rusiya prezidenti Vladimir Putinin cədvəlində deyil.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, prezidentin cədvəlində hələ belə bir görüş yoxdur”, - Kreml sözçüsü deyib.
Onun sözlərinə görə, neft sənayesinin nümayəndələri də prezidentlə görüş tələb etməyiblər.
Bundan əvvəl G7 ölkələri və Avstraliya dekabrın 5-dən dəniz yolu ilə tədarük edilən Rusiya neftinin maksimal qiymətinin 60 dollar/barel səviyyəsində tətbiqi barədə razılığa gəliblər. Həmin gündən etibarən Aİ Rusiya Federasiyasından dəniz yolu ilə nəql edilən nefti qəbul etməyi dayandırdı, həmçinin Avstraliya və G7 ilə birlikdə razılaşdırılmış səviyyədə dəniz daşınması üçün qiymət limiti tətbiq etdi.
Kreml bu addıma cavab verəcəyini vəd edib. “Vedomosti” mənbələrinin məlumatına görə, Rusiya hakimiyyəti üç cavab variantını nəzərdən keçirir. Birincisi, neftin, məhdudiyyəti dəstəkləyən ölkələrə, o cümlədən vasitəçilər vasitəsilə satışına tam qadağa qoyulmasıdır. İkincisi, nefti hansı dövlətin idxal etməsindən asılı olmayaraq, qiymət tavanı şərtini özündə əks etdirən müqavilələr üzrə ixracın qadağan edilməsidir. Üçüncü variant, sözdə indikativ qiymətin tətbiqi: "Urals" neftinin "Brent"ə qarşı maksimum endiriminin müəyyən edilməsidir.
Ayşən Rəhim
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































