MDB
Türkiyə və Rusiya arasında SÖVDƏLƏŞMƏ: Ankara istəyir ki, 2023-cü ildə...
Türkiyə Rusiya nümayəndə heyəti ilə qazın 25%-dən çox endirimlə alınması ilə bağlı danışıqlar aparmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, Türkiyə tərəfi endirimin təkcə 2023-cü ildəki ödənişlərə deyil, 2022-ci ildəki bəzi əməliyyatlara da şamil olunmasını istəyir.
Məlum olub ki, belə bir sövdələşmə türk valyutasının mövqeyini yaxşıca gücləndirə bilər, eləcə də ölkənin enerji qiymətlərinin artmasının qarşısını ala bilər. Üstəlik, jurnalistlər belə bir vəziyyətin seçkilərə yaxşı təsir edə biləcəyinə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana kömək edə biləcəyinə inanırlar.
Xatırladaq ki, Rusiya qaz kəmərlərinin Türkiyəyə tutumları ölkədə yeni xətlər çəkilmədən yeni qaz qovşağının inkişafı üçün əlverişli şərait yaradıb. Rusiya qazı Türkiyəyə “Mavi axın” və “Türk axını”nın bir xətti ilə verilir. Bu il idxal bir qədər azalıb: “Türk axını”nda tutumlardan istifadə 80%, “Mavi axın”da isə 70% təşkil edib.
Hüseyn İbadlı
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































