MDB
“Saakaşvilinin yeni fotosundan sonra hər şey “qaynama nöqtəsinə çatıb”
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin yeni fotoları üzə çıxdıqdan sonra hər şey “qaynama nöqtəsinə çatıb”, ona görə də Ukrayna kəskin, lakin ədalətli addım atıb.
Publika.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
"Bilirsiniz, dövlət nədənsə narazı olanda reaksiyanın birinci səviyyəsi etiraz etməkdir. İkinci reaksiya səviyyəsi səfirinizi məsləhətləşmələr üçün geri çağırmaqdır. Üçüncü reaksiya səviyyəsi isə bir neçə miqyasda daha yüksək səviyyədədir - bu ölkənin səfirindən öz hökuməti ilə məsləhətləşmələr üçün Ukraynanı tərk etməsini xahiş etməkdir. Diplomatiyada bu, son dərəcə sərt formadır, lakin Gürcüstan hakimiyyəti buna layiqdir”, - nazir əlavə edib.
O bildirib ki, iyulun 4-də səhər Gürcüstan səfiri Xarici İşlər Nazirliyində olacaq və onunla söhbət edəcəklər.
Kuleba qeyd edib ki, gürcü diplomat ölkəsinin hara getdiyi və Ukrayna ilə münasibətləri niyə pozduğu barədə hökuməti ilə məsləhətləşməlidir.
“Biz hesab edirik ki, onlar (Gürcüstan hakimiyyəti – red.) Saakaşvilini ələ salmağı dayandırmalı və onu bizə qaytarmalıdırlar, çünki o, Ukrayna vətəndaşıdır”, - nazir əlavə edib.
XİN rəhbəri vurğulayıb ki, Gürcüstan hakimiyyəti onu öldürmək istəyir və bu arzu “yalnız şəxsi nifrət və qisas üzərində” dayanır.
-
Kriminal20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin119:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya
-
Rəsmi xronika19:10İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...
-
Köşə14:00Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim





















.jpg)
















.jpg)
