MDB
Zelenski devrilir: Ukraynada 100 illik plan işə düşəcək - kəşfiyyatının şok məlumatı
Qərb Ukrayna prezidenti Vladimir Zelenskini devirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.
Narişkin hesab edir ki, Qərb Zelenskinin Moskva ilə müharibədə barışmaz mövqeyindən yorulub.
“Xarici kəşfiyyat xidməti mötəbər məlumatlar əldə edib ki, Qərbin aparıcı ölkələrinin yüksəksəviyyəli rəsmiləri Zelenskinin dəyişdirilməsinin zəruriliyini intensiv şəkildə müzakirə edirlər”, - o deyib.
Narışkin qeyd edib ki, Zelenskinin əvəzində Avropa İttifaqı və Rusiya arasında onilliklər ərzində “kordon sanitar” yaradacaq “yeni Pilsudski”ni hakimiyyətə gətirməyə çalışırlar.
Qeyd edək ki, “kordon sanitar” termini Çar Rusiyası dağılandan sonra SSRİ ilə Avropa sərhədləri arasında yaradılmış kiçik ölkələrə (Baltikyanı ölkələr, Polşa, Rumıniya, qismən Finlandiya belə ölkələr hesab olunur) verilən geosiyasi adı əks etdirir. Jozef Pilsudski də belə ölkələrdən hesab olunan Polşanın ilk lideri olub.
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
