MDB
Nikolun papağı, Putinin qorxusu və sirli yumurta söhbəti - Kulisdə nələr baş verib?
Ali Avrasiya İqtisadi Şurasının (Aİİ) Sankt-Peterburqda keçirilən sammiti diqqətlə izlənilirdi, xüsusilə uzun müddətdir Putinlə görüşdən qaçan Ermənistanın baş naziri Nikol Paşinyanın sammitdə iştirakı baxımından. “Kommersant” nəşrinin xüsusi müxbiri Andrey Kolesnikovun sammitdən reportajı Sankt-Peterburqa yaşananları, ən əsas da kulisarxası prosesləri göz önünə sərir.
Publika.az həmin reportajın maraqlı məqamlarını təqdim edir:
Kalesnikov yazır ki, bir gün öncə Moskvadan Sankt-Peterburqa uçan Putin günün birinci yarısında bir sıra yerlərə baş çəkdi, açılışlarda iştirak etdi. Daha sonra o, sammitin keçirildiyi B.N.Yeltsin adına Prezident Kitabxanasına gəldi. İlk gələn də prezident Putin idi. Tezliklə Ermənistanın baş naziri Nikol Paşinyan kostyum və papaqda peyda oldu, digərləri isə onun əksinə papaqsız, palto, yaxud pencəkdə idi.

(Paşinyanın başına soyuq dəyib, əks təqdirdə, pencəkdə olduğu halda papaq qoymazdı)
Son vaxtlar Paşinyan, görünür, hər şeydə həmkarları ilə ziddiyyət təşkil etmək niyyətindədir.
Tacikistan prezidenti Emoməli Rəhmon sürəti azaltmadan maşınla kitabxananın yanında göründü. Hamı Belarus prezidenti Aleksandr Lukaşenkonu gözləyirdi. O, saat yarım ərzində soyuqda donmuş jurnalistlərə biganə qalmamalı idi, onlar haqlı idilər. Lukaşenko 10 dəqiqə ərzində suallara həvəslə cavab verdi. O, kitabxananın girişindən 50 metr aralıda maşınını saxlayıb jurnalistlərin olduğu yerə piyada yaxınlaşdı.
- Mən bütün assosiasiyaların işini müqayisə edirəm: ŞƏT, BRİKS... Biz ən çox inkişaf edənik – o kitabxananın pilləkənlərində məmnuniyyətlə dnışmağa başladı: “BRİKS bizim hamımız kimi tərcüməçisiz, eyni dildə danışmır və onların vahid iqtisadi məkanı yoxdur, baxmayaraq ki, bizim də çatışmazlıqlarımız çoxdur... Biz donduq...”.
- Şapkasız soyuq deyilmi? – deyə soruşdular.
“Mən bütün ömrüm boyu belə gəzmişəm, ona görə də saçım yoxdur” – Lukaşenko qeyri-adi dərəcədə dürüst idi.
- Bütün nüvə yükləri sizə çatdırılıbmı? – soruşurlar.
- Qulaq as, tamam. Sizə deyim ki, hər şey öz yerində və yaxşı vəziyyətdədir. Bizimlə qalan keçmiş “vaqnerçilər” isə öz təcrübələrini öyrədirlər.
- Gələn il Ukrayna ilə bağlı qərar vermək şansı varmı?
- Ən yaxşı şans! Biz onlarla birtəhər işləyəcəyik ki, yeganə şanslarının bu olduğunu başa düşsünlər. Əgər bunu etməsək, tam bir fəlakət olacaq – Lukaşenko izah edir.
Qırğızıstan prezidenti Sadır Japarov Lukaşenkonun arxasından keçərək, kitabxanaya girdi.

Jurnalistlər isə Lukaşenkonu sual atəşinə tutub.
- Sankt-Peterburqa gələn Paşinyanın Minskə gəlməməsi (KTMT-nin iclası - red) sizi incitmirmi?
- Nə haqda danışırsan?! – Lukaşenko qışqırdı – Bunlar müxtəlif formatlardır. Onun Sankt-Peterburqa gələcəyini bilirdim.
- Ermənistanı itirməyəcəyik? – jurnalistlərdən biri nəhayət maraqlandı.
- Ermənistan iqtisadi cəhətdən ölmək istəsə... Onda biz onu itirə bilərik. Amma mən düşünmürəm ki, ermənilər axmaq insanlardır. Ermənilər ağıllı adamlardır. Görməyiblər ki, Əfqanlstanda amerikalılar gedəndə insanların təyyarənin şassosundan necə düşdüyünü? Bəli, onlar Ermənistandan da məhz belə istifadə edəcək və atacaqlar. Bu, onların siyasətidir, mən sizə köhnə siyasətçi kimi deyirəm – Lukaşenko cavab verdi və bildirdi ki, “biz gələnləri (Aİİ-yə-red) məyus etməməliyik”. Dərhal da əlavə etdi ki, “Mən Kubadan danışmıram”.
“Zəhmət olmasa, qapını bağlayın” deyən Putin görüşə dar çərçivədə başladı. Heç bir yerdən soyuq havanın girməməsinə, üşüməməyə diqqət edirdi. Lakin dar çərçivədə olan görüş qısa çəkdi. Geniş tərkibdə keçirilən iclasda hamı açıq şəkildə çıxış etdi, o cümlədən Putinin özü də. O, həmkarları ilə Aİİ-nin yubiley sammitinin gələn ilin may ayında Moskvada keçirilməsi barədə razılıq əldə etdiklərini bildirdi.

(Putin üşüməmək üçün qapını bağlatdırır)
Görünür, Qələbə gününə gələcəklər və Putin onları Rusiyanın yeni prezident kimi qəbul edəcək.
Hər kəs Nikol Paşinyanın çıxışını maraqla gözləyirdi. Amma Ermənistanın baş nazirindən əvvəllər digər qardaşlıq görüşlərinə məhəl qoymadan bu qardaşlıq görüşündə iştirak etməsini bəhanə etməkdən başqa maraqlı heç nə eşidilmədi.
“Biz birliyimizi, inteqrasiyamızı siyasiləşdirmək cəhdlərnin qarşısını almağa çalışacağıq” deyən Paşinyan bunu özünəməxsus formada əsaslandırmağa çalışdı.
Yəni siyasi müttəfiqi kim olursa olsun, iqtisadi fayda perspektivi ona istənilən tərəfdaşla, o cümlədən, Rusiya və KTMT-nin üzvü olan digər ölkələrlə işləmək imkanı verir (Həm Lukaşenkoya, həm də Tokayevə salam).
Aleksandr Lukaşenko kitabxananın pilləkənlərində təqdim etdiyi tezisləri daha ətraflı və diplomatik şəkildə təkrarladı. Digər liderlər ümumiyyətlə heç nə ilə yadda qalmadı.

(Əsas yumurtadır)
Nailiyyətlərdən danışan Belarus prezidenti respublikada son dərəcə yaxşı nəticələrin ilk növbədə “toyuq yumurtasından” əldə olunduğunu qeyd etməkdən çəkinmədi. O, bu barədə xüsusi bir şey bildiyini hiss edərək, danışdı. Sanki orada – toyuq yumurtasında bir iynə vardı, ucunda kiminsə ölümü gizlənirdi (bəlkə də yumurtanın ritmik tədarükünü təmin edə bilməyən kimsə).
Kuba prezidenti Migel Diaz-Kanel həmişəki kimi yaxşı idi. Onun antiimperialist həmrəyliyin zəruriliyi ilə bağlı fikirləri olmasaydı, Aİİ natamam olardı.
Və beləliklə, hər şey Yeni il kimi idi.
Asif
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































