MDB
Generalın qətlinin təfərrüatları bəlli oldu: Gecə saat 3-dən hazır saxlayıb
Çərşənbə axşamı, dekabrın 17-də səhər tezdən Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində general-leytenant İqor Kirilov və onun köməkçisinin öldüyü barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, qətlin bəzi təfərrüatları bəlli olub. Kirilov Rusiya Silahlı Qüvvələrinin (SQ) radiasiya, kimyəvi və bioloji müdafiə (RKHBZ) rəisi olub və 2021-ci ildən Rusiyanın Əmək Qəhrəmanıdır. O, keçən il Müdafiə Nazirliyi üçün brifinqlər keçirib və bu zaman Rusiya ərazisində gözlənilən terror aktları barədə danışıb. Bu gün onun iştirakı ilə daha bir brifinq gözlənilirdi.
Əl istehsalı partlayıcı qurğu elektrik skuterin sapına yapışdırılıb və uzaqdan işə salınıb. Cinayətkar partlayıcını səhər saat üç radələrində elektrik skuterini üzərinə bağlayaraq hazır vəziyyətdə saxlayıb. Partlayış nəticəsində onlarla metrə səpələnmiş partlayıcı qurğunun parçaları evin ilk üç mərtəbəsində şüşələr sındırıb, binanın fasadına və yaxınlıqdakı avtomobillərə də ziyan dəyib. Fövqəladə hallar xidməti partlayıcının gücünün təxminən 200 qram trotil olduğunu aydınlaşdırıb.
Tural
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi
-
Sosial11:3725 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər






































