MDB
Qazaxıstan rəsmən təsdiqlədi: Bu dəvət qəbul edildi
Qazaxıstan Xarici İşlər Nazirliyi ölkənin BRİKS tərəfdaşı statusu aldığını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik” Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarova istinadən məlumat yayıb.
Bir gün əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, 2025-ci il yanvarın 1-dən Qazaxıstan və daha 8 ölkə rəsmi olaraq təşkilatın tərəfdaşı statusunu alacaq.
Onlara dəvətlər Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin iştirak etdiyi Kazanda keçirilən BRİKS sammitindən sonra göndərilib.
BRICS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub.
Tural
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO







































