MDB
Mütvalı Şıxlinskiyə qarşı ittihamlar sərtləşdirildi
Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin oğlu vəkil Mütvalı Şıxlinskiyə qarşı ittihamlar sərtləşdirilib.
Publika.az xəbər verir ki, indi o, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı həyat üçün təhlükəli olan zorakılıq tətbiq etmə) ilə ittiham olunur ki, bu da 10 ilədək həbs cəzası nəzərdə tutur. Bir gün əvvəl məhkəmə onun barəsində həbs qətimkan tədbirini uzadıb.
Xatırladaq ki, M.Şıxlinski iyulun 15-i axşam saatlarında saxlanılaraq istintaqa ifadə vermək üçün İstintaq Komitəsinə aparılıb. Hadisə iyulun 1-də “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında onun atası Şahin Şıxlinski saxlanılarkən baş verib. M.Şıxlinskiyə qarşı cinayət işi açılıb, o, özü baş verənlərdən peşman olduğunu və ona zərər vermək istəmədiyini bildirib. Verx-İsetski Rayon Məhkəməsi onun həbs müddətini dekabrın 14-dək uzadıb.
Mütvalının atası Şahin Şıxlinski də SİZO-1-də həbsdədir. O, adam öldürməyə cəhd ittihamı ilə saxlanılır və günahını inkar edir.
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
-
Avropa10:36Ərdoğan Almaniyanı xəbərdar etdi: Avropa dağılacaq
-
Nida Xəbər 09:48Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…




















.jpg)















