MDB
“Sovet stajı” olanların nəzərinə: Pensiyaları artacaq
Rusiyada sovet dövründə iş stajına malik pensiyaçılara pensiya artımı tətbiq oluna bilər.
Publika.az xəbər verir ki, hüquqşünas Natali Feofanovanın sözlərinə görə, məhkəmələr son dövrlərdə bu istiqamətdə pensiyaçılar xeyrinə qərarlar qəbul edir.
1991-ci ilə qədər olan əmək fəaliyyəti “sovet stajı” sayılır və bu illər pensiya hesablanarkən daha yüksək faizlə nəzərə alınır. Lakin bir çox pensiyaçılar sənədlərin itməsi səbəbindən həmin dövrdəki stajlarını təsdiqləyə bilmirlər.
Feofanova bildirib ki, əlavə sənədlər, arxiv çıxarışları və hətta şahid ifadələri ilə məhkəməyə müraciət etmək mümkündür. Bu halda staj tanınaraq pensiya məbləği artırıla bilər.
Məsələn, yaxın vaxtlarda bir pensiyaçıya 6 illik staj məhkəmə qərarı ilə tanınıb və pensiyası yenidən hesablanaraq artım tətbiq olunub.
Ekspertin sözlərinə görə, sovet stajının tanınması üçün sənədlərin düzgün toplanması və məhkəməyə vaxtında müraciət edilməsi mühüm əhəmiyyət kəsb edir.
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
-
Avropa10:36Ərdoğan Almaniyanı xəbərdar etdi: Avropa dağılacaq
-
Nida Xəbər 09:48Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…




















.jpg)















