MDB
Bu türk dövlətində 5 prezidentin iştirakı ilə sammit: Nələr müzakirə olunur?
Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT SSC) Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilir.
Publika.az xəbər verir ki, Belarus, Qazaxıstan, Rusiya və Tacikistan prezidentləri - Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Vladimir Putin və Emoməli Rəhmon “Intımak Ordo”ya gəliblər. Onları girişdə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, binanın içərisində isə prezident Sadır Japarov qarşılayıb.
Fotomərasimdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Nazirlər Şurasının dar formatda iclası başlayıb. Sammitə Qırğızıstan sədrlik edir.
Qeyd edək ki, Vladimir Putin çərşənbə axşamı, noyabrın 25-də dövlət səfəri çərçivəsində, ertəsi gün isə digər ölkələrin liderləri Bişkekə gəlib.
Sammit iştirakçıları birgə işin cari məsələlərini, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər. İclasın gündəliyinə həmçinin kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi, KTMT-nin sessiyalararası dövrdə fəaliyyətinin nəticələrinin müzakirəsi, sessiyaya təqdim edilmiş müvafiq qərarlara baxılıb təsdiq edilməsi daxildir.
KTMT sammitindən əvvəl Bişkekdə iştirakçı ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə nazirlərinin və Təhlükəsizlik Şurası katiblərinin birgə iclası keçirilib.
Tural
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU




































