MDB
Ermənistanda “Moldova ssenarisi”nə hazırlıq gedir
Ermənistan hakimiyyəti qarşıdan gələn parlament seçkilərində “Moldova ssenarisi”ndən istifadə etmək niyyətindədir, Avropa Birliyi (AB) məhz bu məqsədlə İrəvana 12 milyon avro ayırır.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Ekspertin fikrincə, AB bunu açıq şəkildə bəyan edərək, Ermənistan hakimiyyətinin səylərini təşviq edir və maliyyələşdirir:
“Bu hadisələr bir-biri ilə sıx bağlıdır, bir-birinin məntiqi davamıdır. Ermənistan hakimiyyəti AB-nin dəstəyi ilə Moldovada keçirilən son parlament seçkilərində uğurla həyata keçirilən modeli burada tətbiq etməyə hazırlaşır. Əslində, bu, şərti olaraq “Moldova ssenarisi” adlandırılan Avropa ssenarisidir”.
Suren Surenyants iddia edib ki, bu, Ermənistan hakimiyyəti və AB bürokratiyası tərəfindən Rusiyaya qarşı atılan addımdır.
Politoloq bildirib ki, AB əvvəllər Rumıniyada müxalifətin neytrallaşdırılması ssenarisinin daha sərt variantını sınaqdan keçirib, Konstitusiya Məhkəməsi seçkilərin birinci turunda liderlik edən namizəd Kelina Georqeskunu seçki kampaniyasından kənarlaşdırıb.
“Moldovada daha yumşaq, “süzgəcdən keçirmə” adlanan üsuldan istifadə edilib, burada hibrid müharibə və hansısa Rusiya izinə dair şübhələrlə müxalifət partiyası seçkilərə cəmi bir və ya iki gün qalmış süzgəcdən keçirilib və səsvermədə iştirakına qadağa qoyulub. İndi gözlənilən 12 milyon avro müqabilində Ermənistan da gözləmə siyahısındadır”.
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)




































