MDB
Lukaşenkonun əfv etdiyi müxalifət liderləri bu ölkəyə APARILDILAR
Belarus müxalifətinin nümayəndələri Mariya Kolesnikova və Viktor Babarikonun azadlığa buraxıldıqdan sonra Ukraynaya aparıldığı bildirilir.
Publika.az xəbər verir ki, bu barədə keçmiş prezidentliyə namizəd Babarikonun qərargahı "Telegram"da məlumat yayıb.
"Təsdiq edirik: Viktor Babariko və Mariya Kolesnikova azaddırlar. Onlar hazırda Ukraynadadırlar", - deyə bəyanatda bildirilir.
Kolesnikova və Babariko, Amerika tərəfi ilə razılaşma çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən əfv edilən 156 nəfər arasında idilər.
Belarus liderinin mətbuat xidmətinə yaxın olan "Pul Pervogo" kanalının məlumatına görə, Lukaşenkonun əfv qərarı, ölkənin kalium sənayesinə qarşı sanksiyaların ləğvindən sonra ABŞ Prezidenti Donald Trampla bağlanmış razılaşmanın bir hissəsi olaraq qəbul edilib.
2020-ci il seçkiləri zamanı prezidentliyə namizəd Viktor Babarikonun seçki qərargahında çalışmış peşəkar fleytaçı və dirijor Mariya Kolesnikova konstitusiyaya zidd yollarla dövlət hakimiyyətini ələ keçirmək üçün sui-qəsd, ekstremist qrup yaratmaq və idarə etmək, eləcə də dövlət hakimiyyətini ələ keçirməyə açıq çağırışlar etmək ittihamları ilə 11 il həbs cəzasına məhkum edilib.
Hüseyn İbadlı
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi






















.jpg)













