MDB
Moskvadan uşaqların cinsini dəyişən "Hollivud canavarları"na ittiham: Haradasan, Ancelina?
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qərb dünyasını və məşhurlarını ikili standartlarda ittiham edərək kəskin tənqid atəşinə tutub.
Publika.az xəbər verir ki, "Sputnik" radiosundakı müəllif proqramında çıxış edən diplomat Qərb ulduzlarının və siyasətçilərinin Ukraynanın Buça şəhərindəki hadisələri "reklam" etdikləri halda, İrandakı real faciəyə səssiz qalmalarına qəzəblənib.
Zaxarova İranın Minab şəhərində qızlar məktəbində baş verən və təxminən 180 nəfərin, o cümlədən çox sayda uşağın ölümü ilə nəticələnən faciəni xatırladıb:
"Buçaya gedən Qərb liderlərinin və məmurlarının siyahısını sonsuzadək uzatmaq olar. Əgər bu insanlar doğrudan da dinc sakinlərin taleyinə görə narahatdırlarsa, niyə İrana diqqət yetirmirlər? Haradadır o növbələr, şəxsi təyyarələr? Haradadır Ancelina Coli?"
Rusiya rəsmisi övladlığa uşaq götürən Hollivud ulduzlarını "beynəlmiləlçilik" maskası altında gizlənməkdə ittiham edərək şok iddialar irəli sürüb:
"Haradadır o Hollivud canavarları? Hansı ki, xeyirxah bəhanələrlə bütün qitələrdən uşaqları övladlığa götürüb beynəlmiləlçi olduqlarını nümayiş etdirirdilər. Bir müddət sonra isə həmin uşaqların cinsini dəyişdirir, oğlanlara qız paltarı geyindirirlər. Onların üzərində, kobud desək, eksperimentlər aparırlar".
Zaxarovanın fikrincə, Qərb elitası üçün Buçadakı hadisələr "ucuz piar və lağlağı" mövzusu idisə, İrandakı hadisə real kədər yeridir: "Məhz buna görə də İranda o insanları gözləmirlər. Ora Kiyev yaxınlığındakı səhnələşdirilmiş tamaşadan fərqli olaraq, həqiqi faciə mərkəzidir".
Adəm
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi







































