MDB
Koul ilə danışıqlardan sonra 250 məhbusu əfv etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko 250 məhkumu əfv edib.
Publika.az xəbər verir ki, bu barədə "Belarus Teleqraf Agentliyi" (BelTA) məlumat yayıb.
"Prezident tərəfindən ekstremistyönümlü cinayətlərə görə məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında qərar qəbul edilib. Dövlət başçısı ənənəvi olaraq ilk növbədə humanizm prinsipini rəhbər tutub. Və əlbəttə ki, məhkumların analarından, həyat yoldaşlarından və yaxınlarından daxil olan müraciətləri nəzərə alıb", - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, bütün müraciətlər Lukaşenkoya təqdim edilməzdən əvvəl baş prokurorun rəhbərliyi altında hökumət komissiyası tərəfindən nəzərdən keçirilib. Qərar qəbul edilərkən dövlət başçısı bu komissiya üzvlərinin rəyini nəzərə alıb. Nəticədə 250 şəxsin əfv edilməsi barədə qərar qəbul olunub.
Martın 19-da məlum olub ki, Belarus lideri ABŞ Prezidenti Donal Trampın xüsusi nümayəndəsi Con Koul ilə danışıqlardan sonra bir sıra siyasi məhbusu əfv edib. Azad edilənlərin siyahısında: siyasi bloqer Eduard Palçis və hüquq müdafiəçisi Anastasiya Loyko var. Həmçinin jurnalist Katerina Andreyeva, gömrüyün keçmiş əməkdaşı Nikolay Kulyaşov, fəal Kim Samusenko və etiraz aksiyalarında iştirakla bağlı işlər üzrə məhkum edilmiş digər şəxslər əfv olunublar.
Hüseyn İbadlı
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq





































.jpg)
