MDB
Rusiyadan sensasion iddia: ABŞ "Şimal axını"nı ələ keçirmək istəyir
Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Qərb mətbuatı "Şimal axını" qaz kəmərləri ətrafında yeni və qalmaqallı iddialarla çıxış ediblər. Moskva Vaşinqtonun bu strateji layihələri öz nəzarətinə götürmək niyyətində olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, Sergey Lavrov ABŞ-ın "Şimal axını" və "Şimal axını-2" kəmərlərini mənimsəmək istədiyini bildirib.
Nazir 2022-ci ildə baş verən partlayışların Qərb xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirildiyini vurğulayaraq, Avropa ölkələrini, xüsusilə Almaniyanı öz milli maraqlarına qarşı törədilən bu "terror aktına" səssiz qaldıqları üçün kəskin tənqid edib.
Donald Trampın keçmiş müşaviri Corc Papadopulos da bu iddiaları dolayısı ilə təsdiqləyib. O, kəmərlərin ABŞ investisiyaları üçün "çox maraqlı və vacib layihə" olduğunu qeyd edib. Məlumata görə, Vaşinqton bu yolla Rusiya ilə münasibətləri bərpa etmək və əməkdaşlığı əsrin sonuna qədər davam etdirmək niyyətindədir.
"Berliner Zeitung" nəşrinin iddiasına görə, boru kəmərlərinin Avropa İttifaqından yan keçməklə, ABŞ-ın rəhbərliyi altında yenidən işə salınması barədə "pərdəarxası" danışıqlar artıq başlayıb. "Le Monde" qəzeti isə "Qazprom"a yaxın mənbələrə istinadən bildirir ki, bu mövzu Putin və Tramp arasındakı qapalı danışıqların əsas bəndlərindən biridir.
"Der Spiegel" nəşrinin araşdırması isə daha bir gizli məqamı üzə çıxarıb. Məlumata görə, Ukrayna tərəfi hələ 2022-ci ilin yazında Kiyevdə MKİ (CIA) əməkdaşları ilə görüşərək kəmərləri partlatmaq planını müzakirə ediblər. ABŞ-ın rəsmi olaraq maliyyə dəstəyindən imtina etməsinə baxmayaraq, əməliyyatın ukraynalı özəl sponsorun ayırdığı 300 min dollar hesabına reallaşdırıldığı deyilir.
Ən maraqlı iddialardan biri isə odur ki, bu təxribat əmri Ukraynanın o vaxtkı baş komandanı Valeri Zalujnı tərəfindən, prezident Vladimir Zelenskinin xəbəri olmadan verilib.
Adəm
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər





































.jpg)
