Mədəniyyət
Hamlet Xanızadənin doğum günüdür – FOTOLAR
Cəmi 49 il yaşadı. Amma qalan ömrünü “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Şəhərin yay günləri”, “Qızıl uçurum”, “Babək”, “Bir cənub şəhərində”, “İnsan məskən salır”, “İstintaq davam edir”, “Qatır Məmməd”, “Qəm pəncərəsi”, “Yaramaz”, “Qətl günü” və adını çəkmədiyim neçə-neçə filmlərdə yaratdığı obrazlara köçürdü.
Bu gün xalq artisti, sevilən aktyor Hamlet Xanızadənin doğum günüdür.
Publika.az xəbər verir ki, aktyor 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Atası Bəbir kişi onu aktyor görmək istəmirmiş. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəlib. Uşaqlıqdan teatra, kinoya meyilli olan Hamlet 1961-ci ildən aktyor kimi Akademik Dram Teatrında çalışıb.
Çox tamaşalarda oynayıb. Onların adlarını sadalamaqla qurtaran deyil. Tərəf-müqabilləri də ki, səhnəmizin ulduzları olub: Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı və onlarla müqtədir sənət korifeyləri ilə birgə işləyib, sənətin sirlərini mənimsəyib.
Bu teatr onun üçün həm də məktəb idi. Hünərin nə idi ki, belə sənətkarların qarşısında nəyi isə səhv edəsən, nəyi isə nəzərdən qaçırasan. Hamlet Xanızadə burada püxtələşdi, tamaşaçıların qəlbinə yol tapdı. Onu sevirdilər, alqışlayırdılar.
Sevilən aktyorumuz 1990-cı ilin Yanvar hadisələrində həlak olmadı. Amma keçirdiyi dəhşətli sarsıntı onun sonunu yaxınlaşdırdı. Milli faciənin ağırlığına dözməyən ürəyi cəmi bir ay sonra əbədi olaraq susdu. Məhz bu səbəbdən o da 20 Yanvar faciəsinin qurbanı sayıldı.
Cəvahir
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU










.jpg)



.jpg)



















.jpg)


