Mədəniyyət
Müşfiq Hətəmov aktrisaların cavabını verdi
Cəfər Cabbarlı adına Kinostudiyanın direktoru Müşfiq Hətəmov əcnəbi aktyorların Azərbaycan filmlərdə çəkilməsinə etiraz edən aktrisalara cavab verib.
Publika.az-a açıqlama verən direktor əcnəbi aktrisaların Azərbaycana dəvət olunmasını iki səbəblə əlaqələndirib: “Dünya praktikasında da var ki, əcnəbi aktrisalar filmlərə dəvət olunur. Özümüzə gəlincə, son on ildə Azərbaycan filmlərində çəkilmək üçün cəmi 3-4 əcnəbi aktrisa çağırmışıq. Mən də bir prodüser kimi istərdim öz aktrisalarımız filmlərimizdə çəkilsin. Amma rejissorun seçiminə müdaxilə etmək olmaz. Çox vaxt aktrisalarımız öz filmlərimizə çəkilməkdən imtina edir. Deyirlər ki, biz o kadrlara çəkilə bilmərik. Müəyyən açıq-saçıq səhnələri nəzərdə tuturam. Rejissor da məcbur qalıb, kənar yerdən aktrisa dəvət etmək məcburiyyətində qalır”.
Direktor bu günlərdə çəkilişinə başladıqları və baş rolu gürcü aktrisası Nini İaşvilinin canlandırdığı “Köşk” filmindən də danışıb. Bildirib ki, həmin filmə dəvət alan gürcü aktrisası elə gürcü qızı rolunda çəkiləcək: “O aktrisa gürcü qızı rolunu canlandıracaq və öz dilində danışacaq. Digər tərəfdən bizim aktrisalarımızın edə bilməyəcəklərini əcnəbi aktrisa edirsə, niyə də dəvət etməyək”.
Cəvahir Səlimqızı
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU










.jpg)



.jpg)



















.jpg)


