Yaxın Şərq
Türkiyə ordusunun MÖHTƏŞƏM UĞURU - Terrorçuların məskunlaşdığı yerdə...
PKK terror təşkilatından təmizlənən, Türkiyənin İraqla sərhədində yerləşən Hakkari bölgəsindəki Cilo Dağlarının arasında olan Sat Buz Göllərində “1-ci Təbiət İdmanları Festivalı” keçirilib.
Publika.az xəbər verir ki, təhlükəsizlik qüvvələrinin xüsusilə son zamanlarda həyata keçirdiyi uğurlu əməliyyatlarla terrordan təmizlənən yaylaq və təbii gözəlliklərin olduğu sahələr uzun müddətdən sonra turistlərə açıq elan edilib.
3400 m yüksəklikdə yerləşən gölün ətrafına 100-dən çox təbiətsevər və idmançı qatılıb. Onlar yamac paraşütü, üzgüçülük və dağ velosipedi ilə məşğul olub, milli yeməkləri dadıblar.
Axşam isə düşərgə ocağı ətrafında toplaşanlar mahnı oxuyub, halay çəkib və əyləniblər.
Terrorçulardan təmizlənən ərazinin təbii şəraitinin olduğu kimi qalması və qısa müddətdə xalqın istifadəsinə verilməsi hər kəs tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərini terrorçulardan təmizləmək üçün həyata keçirdiyi “Zeytun budağı” hərəkatı da eyni mənzərə ilə sona çatmış, şəhərə heç bir ziyan verilmədən terrorçular bölgədən təmizlənmişdi.
Zümrüd
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

