Yaxın Şərq
Rusiyanı özündən çıxaracaq HƏMLƏ: İsrail 3 ay sonra... - ŞOK PROQNOZ
“3F Bloku” (Block 3F) proqram təminatı olmadan belə, İsraildə “F-35” beşinci-nəsil qırıcıları ilə bu yaxınlarda Suriyaya çatdırılmış “S-300” zenit-raket sistemlərinə zərbənin endirilməsinə böyük imkanlar var.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “National Interest” nəşri yazıb.
“İsrailin bu batareyalara hücüm edəcəyi ağlasığmazdır, çünki onlar hələ rusiyalıların nəzarəti altındadır. “S-300”-lərdən istifadəni öyrənmək üçün Suriya hərbçilərinə aylar lazım olacaq. Onları həmin vaxta kimi Moskvadan göndərilmiş hərbi məsləhətçilər idarə edəcəklər. Bu, Təl-Əvivi sözügedən sistemlərə zərbələrdən müvəqqəti çəkindirəcək. Amma əgər təmiz hərbi nöqteyi-nəzərdən vəziyyətə baxsaq, Suriyada “S-300”-lərin meydana çıxması heç vaxt İsrailin imkanlarını məhdudlaşdırmır”, - nəşr qeyd edib.
“F-35” qırıcılarının əsas vəzifələrindən biri “S-300” kimi hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi idi. Qırıcılar gələcəkdə “Block 3F” və “Block 4” kimi proqram təminatı ilə bu məsələlərin icrasında daha effektiv olacaqlar.
Təl-Əviv elan edib ki, “F-35” 2017-ci ilin dekabrından tam döyüş hazırlığındadır.
“Moskvada deyirlər ki, Suriya hərbçilərinin hazırlığı üçün ən azı üç ay lazım olacaq. Lakin İsrail “S-300”-lərin Suriyanın nəzarətinə verilməsindən sonra onların məhv edilməsi haqqında ciddi fikirləşə bilər”, - məqalənin müəllifi yekunlaşdırıb.
ÖmərS-300
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO


































.jpg)

.jpg)