Yaxın Şərq
Rusiya bu ölkəyə ORDU YERİTDİ: kəşfiyyat Moskvanın HƏDƏFLƏRİNİ AÇIQLADI
Rusiya Federasiyasının hərbi komandanlığı Liviyaya Baş Kəşfiyyat İdarəsi (QRU) və xüsusi bölmənin onlarla zabit və əsgərini göndərib.
Publika.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın “The Sun” qəzeti mənbələrə istinadən bildirib.
Qəzetin məlumatına görə, Böyük Britaniya kəşfiyyatı Rusiyanın hərəkətlərinə Liviyanı “yeni Suriya”ya çevirmək cəhdi kimi baxır. Həmçinin, “The Sun” qeyd edir ki, bu, Rusiyanın Avropaya miqrasiya axını üzərində nəzarəti almaq arzusunu göstərir.
Nəşr xatırladır ki, Moskva münaqişədə Liviya milli ordusunun lideri Xəlifə Xaftarı dəstəkləyir. Bildirilir ki, “Vaqner” xüsusi hərbi təşkilatının himayəsi altında Tobruk və Benqazi şəhərlərinin ətrafında iki Rusiya hərbi bazası açılıb. Həmçinin, məlumata görə, Kreml Xaftarın ordusuna ağır hərbi texnika çatdırır.
Rusiyanın RBK agentliyinin mənbəyi də Rusiyanın Liviyadakı fəallığını təsdiq edir. Onun sözlərinə görə, neft-qaz maraqları Kreml üçün birinci plandadır.
Qeyd edək ki, son illərdə Liviyada ikihakimiyyətlilik hökm sürür. Tripolini BMT və Avropa İttifaqının dəstəyi ilə formalaşdırılmış və Faiz Mustafa Al-Sarracın rəhbəri olduğu Liviya Milli Barışıq Hökuməti idarə edir. Ölkənin şərq hissəsində yaradılan hökumət isə Tripolidən asılı olmayan və Xəlifə Xaftarın başçılıq etdiyi milli ordu ilə əməkdaşlıq edir.
Qeyd edək ki, general Xəlifə Xaftar Liviyada Rusiyanın əsas “lobbist”i rolunda çıxış edir. Moskva Liviya generalını ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir.
“Xaftar ötən il Aralıq dənizində neftdaşıyan limanların əksəriyyətini nəzarət altına alıb və o vaxtdan Rusiya prezidenti Vladimir Putin ona açıq maraq göstərir”, - İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin siyasi müşahidəçisi Ulrix Şmid ötən il yazmışdı.
Ömər
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü













.jpg)



.jpg)




















