Yaxın Şərq
MOSSAD Rusiyanın elə bir YALANINI AÇDI Kİ... – İran niyə QURBAN SEÇİLDİ?
Rusiyanın Suriyaya çatdırdığı “S-300” zenit-raket komplekslərinin idarə edilməsi İran mütəxəssislərinə tapşırılacaq.
Publika.az xəbər verir ki, “DEBKAfile” saytına Amerika və İsrail kəşfiyyat xidmətləri ilə bağlı mənbə bildirib.
Hərbi kəşfiyyat sahəsində ixtisaslaşan İsrail resursu qeyd edir ki, Rusiya tərəfi hava hücumuna qarşı müdafiə sistemlərinin idarə edilməsini məhz İran mütəxəssislərinə etibar etməyi planlaşdıraraq, Suriyaya komplekslərin “S-300PMU-2” modifikasiyasını çatdırıb. Həmin modifikasiyadan olan komplekslər məhz 2016-cı ildə İrana çatdırılıb.
“DEBKAfile” saytının yazdığına görə, hazırda Suriyaya İran operatorlarının göndərməsi həyata keçirilir. Sayt qeyd edir ki, Rusiya öz planlarını gizlətməyi üstün tutur. Qeyd edilir ki, komplekslərin idarə edilməsinin İrana həvalə edilməsi ABŞ və İsrailin mümkün zərbələrindən yayınmaq məqsədi ilə izah edilir.
“DEBKAfile” yazır ki, ABŞ və İsrail Rusiyanın belə qərarından təşvişə düşüb, çünki bunun müsbət və mənfi aspektlər var. Bir tərəfdən, Amerika və İsrail hərbçiləri Suriya Hava Hücumundan Müdafiəsi sisteminə hücum edəcəyi halda, Rusiya mütəxəssislərinin məhv olma riskini düşünməyəcəklər. Digər tərəfdən, “S-300”-lərin idarəsinin ABŞ və İsrailin ən güclü düşmənlərindən biri olan İrana verilməsi onun mövqelərini əhəmiyyətli dərəcədə möhkəmlədəcək.

Xatırladaq ki, Rusiya “S-300” zenit-raket sisteminin çatdırılması çərçivəsində Suriyaya texnikanın 49 vahidini çatdırıb. Bu haqda ötən gün Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə müdafiə naziri Sergey Şoyqu bildirib. Müdafiə Nazirliyinin başçısı bildirib ki, Suriya mütəxəssislərinin hazırlanması üçün üç ay tələb ediləcək.
Qeyd edək ki, “S-300” zenit-raket sisteminin Suriyaya çatdırılması haqqında qərar Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsinin vurulmasından sonra verilib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Bu günlərdə ABŞ-ın “National Interest” nəşri yazıb ki, 3F Bloku” (Block 3F) proqram təminatı olmadan belə, İsraildə “F-35” beşinci-nəsil qırıcıları ilə “S-300” zenit-raket sistemlərinə zərbənin endirilməsinə böyük imkanlar var. Təl-Əviv elan edib ki, “F-35” 2017-ci ilin dekabrından tam döyüş hazırlığındadır.
Ömər Dağlı
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Banklar 24 İyun 20:30Kartlardan pul silinməsi ilə bağlı Mərkəzi Bankdan açıqlama
-
Elm və təhsil24 İyun 20:10Qəbul imtahanının nəticəsi elan olundu
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika24 İyun 17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika24 İyun 14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial24 İyun 13:20Sabah yağış yağacaq



















.webp)


















