Yaxın Şərq
İslam dünyasının qəlbi və Türkiyə ilə bağlı SENSASİYALI PLAN: Suriya və İraqı uddular, sıradakı 3 ölkə...
Türkiyə ilə Ərəb dünyasını qarşı-qarşıya gətirməyə yönəlik bir plan həyata keçirilir. Ərəb küçələrində “Türkiyə düşmənliyi” tezisi işlənilir. Bu plan bizim coğrafiyamız üçün böyük bir yıxılma layihəsidir.
Publika.az xəbər verir ki, bunu Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı İbrahim Karagül jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda yox çıxması və bundan sonra baş verən hadisələri şərh edərkən deyib.
“İraqın işğalı, Suriyadakı müharibə, İŞİD, PKK layihəsi, 15 iyul (Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhd – red.) və bu yeni “ərəb dalğası” yüz il sonra coğrafiyamıza yönəlik böyük bir ssenarinin parçasıdır, coğrafiyamızın xəritəsinin cızılmasıdır. Yüz il əvvəlki cəbhələr qurulur. Bu layihə İraq və Suriyanı uddu. İndi Türkiyə, Səudiyyə Ərəbistanı və İrana növbə çatıb. Bu üç böyük ölkə arasındakı qarşıdurma və cəbhələşmə planları uğurlu olarsa, bütün coğrafiya çökəcək. Fəratın şərqindəki xəritə işi bunun bir hissəsidir. Türkiyə və ərəb dünyası arasında bir tampon bölgə, divar inşa edilir. Səudiyyə Ərəbistanı Türkiyə ilə birlikdə bu planı boşa çıxarmaq üçün çalışmalıdır”, - deyə o yazıb.
Onun sözlərinə görə, “islam daxili savaşı” hazırlıqları görülür:
“Bu məqsədlə çox yaxında Bəsrə körfəzini savaşa boğacaqlar. Müharibəni islamın qəlbinə yerləşdirəcəklər. Türkiyəni isə tam bu dövrdə hərəkət edə bilməyəcək hala gətirmək istəyirlər”.
Ömər
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır

































.jpg)

.jpg)