Yaxın Şərq
Qaşıqçının qatili bu GENERAL İMİŞ - Dünyanı sarsıdan ŞOK İDDİA - FOTO
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının qətli (Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunda yoxa çıxan jurnalistlə bağlı bütün versiyalar onun öldürülməsi ilə bağlıdır – red.) üzrə məsuliyyəti vəliəhd şahzadə Məhəmməd ibn Salmanın yüksək vəzifəli məsləhətçilərindən biri, kəşfiyyat səlahiyyətlisi general Əhməd əl-Assirinin üzərinə atmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Nyu-York Tayms” nəşri çıxış edib.
Qəzetə görə, Səudiyyə Ərəbistanı rəhbərliyi generalın Qaşıqçının yuyulması üçün Məhəmməd ibn Salmandan şifahi səlahiyyət aldığını, ancaq Assirinin bu səlahiyyəti ya səhv anlayaraq, ya da səlahiyyətlərini aşaraq jurnalisti öldürdüyünü açıqlayacaq.
Mənbələrə görə, Ağ Evin səlahiyyətliləri ilə görüşən səudiyyəli rəsmilər də Assirinin adını veriblər.
Qeyd edək ki, ötən gün yayılan xəbərə görə, ABŞ-ın dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçı haqqında sərt bəyanatla çıxış edib. Pompeo Məhəmməd ibn Salmana Qaşıqçı ilə bağlı aparılan istintaqının yekunlaşması üçün 72 saat vaxt verdiyi bildirilir.
“İstintaqı bitirmək üçün 72 saat vaxtınız var, ya da sanksiya ilə üz-üzə qalacaqsınız”, - deyə dövlət katibi xəbərdarlıq edib.
Dövlət Departamentinin başçısı bildirib ki, əks halda krallıq sanksiya təhlükəsi ilə üz-üzə qalacaq. O, Salmanın taxta çıxmasının Qaşıqçı hadisəsini necə həll edilməsindən asılı olacağını vurğulayıb.
Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasında öldürüldüyü iddia edilir.
Ömər Dağlı
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır

































.jpg)

.jpg)