Yaxın Şərq
Terrorçular ABŞ-la bağlı hər şeyi ETİRAF ETDİ - Əsgərlər ağızlarını betonla bağlayır və...
Suriyanın Deyr-əz-Zor şəhərində ABŞ və PKK terror təşkilatının nəzarətində olan 700-ə qədər neft quyusu var. Burada Bəşər Əsəd rejiminin payı yoxdur.
Publika.az xəbər verir ki, bunu Eyn-əl-Ərəbdən qaçaraq Türkiyə Silahlı Qüvvələrinə təslim olan PKK terrorçuları etiraf edib.
Onların sözlərinə görə, PKK/PYD-nin qazandığı milyonlarla dollar 4 gündən bir 12 zirehli avtomobillə Qamışlı rayonundakı SAT-KOP adlı satış bazasına aparılır. Yerli xalqın ayağa qalxmaması üçün isə neftin az bir qismi onlara verilir.
Çıxarılan xam neftin barel üzrə qiyməti keyfiyyətinə görə 25-60 dollar arasında dəyişir və yerli xalq tərəfindən rəfinə edilir. Terrorçular bəzən neftin satışı və daşınmasını çatdıra bilmədiyi üçün amerikalı əsgərlərin təlimatı əsasında quyuları beton bloklarla bağlayır. Lakin bu quyular bir müddət sonra neftin təzyiqindən açılır və xammal yerin səthinə tökülür.
Emal edilən neftin ticarəti Royovada aparılır. Qalan neft tırlarla Dərik Səməlka sərhəd qapısından İraqa, oradan Bəsrə körfəzindən dəniz yolu ilə ABŞ-a çatdırılır. Deyr-əz-Zorun YPG terrorçularının nəzarətinə keçməsindən sonra isə çıxarılan neft birbaşa İraqa daşınır. Buradan yenə də eyni qaydada ABŞ-a göndərilir. Etirafçı terrorçular Avropa dövlətlərinin Suriya neftindən aldığını da ortaya çıxarıb. Danimarka, İsveç, Fransa, Misir və Niderland PYD/YPG-nin nəzarətindəki neftdən nümunələr götürüb.
Zümrüd
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var








.jpg)








.jpg)


















.jpg)


