Yaxın Şərq
Bu ölkə Liviyaya ordu yeridir: Türkiyəyə qarşı cəbhə genişlənir
Misir Prezidenti Əbdülfəttah əs-Sisi orduya ölkə daxilində və xaricində əməliyyatlara hazır olmaq çağırışı edib.
Publika.az xəbər verir ki, ölkənin qərbindəki hərbi hava qüvvələrinin bölüklərini ziyarət edən Sisi “Burada, sərhədlərimizin içində və ya lazım olarsa, sərhədlərimizin xaricində istənilən əməliyyata hazır olun” deyə bildirib.

“Liviyaya müdaxilə etmək məsələsində həmişə tərəddüd edirdik, amma indi vəziyyət fərqlidir. Misir dövləti tərəfindən birbaşa müdaxilə artıq beynəlxalq hüquqa uyğundur”, - o bildirib.

Qeyd edək ki, Misirin qərbdə Liviya ilə 1200 kilometr uzunluğunda sərhədi var. Liviyada Türkiyə Milli Razılıq Hökumətini dəstəkləyir. BMT tərəfindən qəbul edilməyən Xəlifə Haftarın Liviya Milli Ordusu adlandırılan qüvvələri isə Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misir tərəfindən dəstəklənir. Yaxın Şərqdə təsir gücünə görə vacib ölkələrdən olan İran bu gün Liviyada Milli Razılıq Hökumətini dəstəklədiyini bəyan edib. Dini lider Ayətullah Xomeneinin hərbi müşaviri general Hüseyn Dehqan bildirib ki, “Liviyada beynəlxalq ictimaiyyətin tanıdığı Milli Razılıq Hökumətini dəstəkləyir və bu ölkədə problemin siyasi həll yolu ilə həll edilməsini istəyirik”.
Asif
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

