Yaxın Şərq
İsrailin baş nazirindən CİDDİ TAPŞIRIQ: "Hakimiyyəti nizamlı şəkildə ötürün"
İsrailin baş naziri Yair Lapid baş nazirlik aparatının bütün bölmələrinə hakimiyyətin nizamlı şəkildə ötürülməsinə hazırlaşmağı tapşırıb.
Bu barədə Publika.az "Jerusalem Post"a istinadla xəbər verir .
Lapid müxalifət lideri Benyamin Netanyahu ilə telefonla danışıb və onu cümə axşamı keçirilən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
"Mən artıq baş nazirlik aparatının bütün bölmələrinə hakimiyyətin nizamlı şəkildə ötürülməsinə hazırlaşmağı tapşırmışam. İsrail dövləti bütün siyasi mülahizələrdən üstündür. Netanyahuya İsrail xalqının və İsrail dövlətinin xeyrinə uğurlar arzulayıram", - Lapid deyib.
Bundan əvvəl İsraildə keçirilən növbədənkənar parlament seçkilərində keçmiş baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi sağçı partiyalar blokunun qalib gəldiyi məlum olub .
İsraildə növbədənkənar parlament seçkilərində iştirakın 71,3% təşkil etdiyi, ümumilikdə 5 milyona yaxın israillinin səs verdiyi bildirilir. Bu, 2015-ci ildən bəri ən yüksək seçici fəallığıdır.
Hüseyn İbadlı
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

