Yaxın Şərq
İRANA XƏBƏRDARLIQ: "İsrail hərəkətə keçməli olacaq"
"Hərbi güc tətbiqi təhlükəsi İranın nüvə proqramını dayandırmağa qadir olan yeganə amil ola bilər".
Publika.az CNN-ə istinadla xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu müvafiq bəyanatla çıxış edib.
O bildirib ki, mühafizə uğursuz olarsa, İsrail hərəkətə keçməli olacaq.
"Mən düşünmürəm ki, iranlılar müharibə istəmirlər, çünki uduzacaqlar. Onlar buna çox diqqətli yanaşırlar. Amma mən deyərdim ki, əgər belə bir ölkə nüvə silahına sahib olmaq istəyirsə, siz onlarla yüz razılaşma imzalaya bilərsiniz, lakin onlar həyata keçirilməyəcək", deyə baş nazir bildirib.
O, həmçinin vurğulayıb ki, tarixdə nüvə silahı əldə etməyə cəhd edən 5 ölkənin 3-ü hərbi güclə dayandırılıb.
Xatırladaq ki, yanvarın 29-na keçən gecə pilotsuz təyyarələr İran Müdafiə Nazirliyinin sursat istehsalı mərkəzinə hücum edib. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz təyyarələrdən biri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, daha ikisi isə müdafiə "tələləri"nə düşüb.
Media hücumda ABŞ və İsrailin əli ola biləcəyini yazsa da, Amerikada ittihamlar rədd edilib. İsrail hadisəyə rəsmi reaksiya verməyib, lakin yerli nəşrlərin məlumatına görə, ölkə hakimiyyəti İrana silahlı cavab verməyə hazırlaşır .
Hüseyn İbadlı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:57Yeni Buça dəhşəti - 27 ölü, 42 yaralı var
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
İdman13:06Litva səfirindən Qurban Qurbanova dəstək: "Belə irs daim yaşayır!”
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
























.jpg)




.webp)






.jpg)

.jpg)