Yaxın Şərq
Taliban qadınlara daha bir zərbə vurdu - Dəhşətli qərar
Əfqanıstanda qadınlara sərt qadağalar qoyan Taliban bu dəfə evlilik qanunlarını dəyişib. Keçmiş rəhbərlik dövründə nikahlarına birtərəfli qaydada xitam vermək hüququ olan qadınların boşanma qərarları ləğv edilib. Boşanıb yeni həyata başlayan bu qadınlar keçmiş ərləri ilə evli sayılacaqlar...
ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra dövləti nəzarətə götürən Taliban ölkədə müxtəlif yollarla qadınlara qarşı təzyiqlərini davam etdirir. Ölkənin evlilik qanunlarına edilən dəyişikliklər Talibanın qadınları hüquqlarından necə məhrum etməsinə daha bir nümunədir.
Musavat.com “Washington Post”a istinadən xəbər verir ki, əvvəlki hökumət dövründə ərləri tərəfindən pis rəftar və zorakılığa məruz qalan əfqan qadınlar qanunun onlara verdiyi hüquqla birtərəfli qaydada evliliklərini bitirə və rəsmi olaraq boşana bilərdilər. Taliban administrasiyası isə qüvvədə olan birtərəfli boşanmaları “qanuni” qaydalarla etibarsız elan edib. Hökmdən sonra minlərlə əfqan qadın qanunsuzluq və zina ittihamı ilə üzləşib.
13 yaşında ögey atası tərəfindən narkotik qarşılığında zorla evləndirilən 22 yaşlı qadın ona zorakılıq göstərən ərindən qurtulmaq üçün illərlə mübarizə aparıb və sonda boşanmağı bacarıb.
Yenidən ailə qurduğunu və yeni həyata başladığını düşünən qadının həyatı bu dəfə Taliban qorxusu ilə alt-üst olub. Əfqan qadın bildirib ki, ikinci əri nikahın artıq etibarlı sayılmaması səbəbindən və zina etməkdə ittiham oluna biləcəyindən qorxaraq onu tərk edib. İlk evliliyindən iki qızı olan və ikinci əri onu tərk etdikdən sonra hamilə olduğunu öyrənən qadın təhlükəsizlik baxımından ölkənin başqa şəhərinə qaçıb. Taliban hakimiyyətə gəldikdən sonra 4 dəfə ünvan dəyişdiyini qeyd edən qadın birinci ərinin onu tapacağından qorxduğunu bildirib.
Digər 36 yaşlı qadın isə evliliyinin pis getdiyini və ailə təzyiqlərinə baxmayaraq, boşanmaqdan başqa çarəsinin olmadığını deyib.
“Boşanmaq üçün müraciət etmək mənim üçün utancverici idi. Ailəmin hər iki tərəfi ərimə qayıtmasam, məni öldürməklə hədələyirdilər”, – deyə qadın bildirib. O bunu eşidən qardaşlarının ona siçan zəhəri içirtmək istədiyini bildirib. Ailədə danışdığı yeganə insan olan bacısı ona deyib: “Kaş mən də sənin kimi ağıllı olaydım və əvvəllər qaçsaydım. Talibanın rəhbərliyi altında bu, mümkün deyil".
“Washington Post”a danışan, üç uşaq anası olan başqa bir qadın birinci ərinin narkotik aludəçisi olması və zorakılığa məruz qalması səbəbindən boşandığını bildirib.
O, ikinci ərinin Taliban hakimiyyətə gəldikdən sonra yoxa çıxdığını deyib. Qəzetə danışan digər qadınlar kimi bu qadın da gizləndiyini bildirib.
Talibanın sözçüsü Zabihullah Mücahid boşanma qanununun necə dəyişdiyi və ya Əfqanıstanın əvvəlki hökuməti dövründə verilən boşanmaların statusu ilə bağlı sualları cavablandırmaqdan imtina edib. Mücahid sadəcə onu deyib ki, Talibanın İslam qanunlarını şərhinə görə, boşanma tələbi üçün hər iki tərəf məhkəməyə gəlməlidi. (Musavat.com)
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika3 Oktyabr 15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ