Yaxın Şərq
YENİ SAVAŞ: ABŞ və Böyük Britaniya Yəmənə ZƏRBƏLƏR ENDİRDİ
ABŞ və Böyük Britaniya Yəmənə qarşı kütləvi hücuma keçib. Ölkənin paytaxtı Səna və liman şəhərləri atəşə tutulub .
Publika.az xəbər verir ki, zərbələr üçün döyüş təyyarələrindən istifadə edilib. Yaxın Şərq ölkəsində dənizdən esmineslərə quraşdırılmış “Tomaqavk” qanadlı raketləri buraxılıb.
CNN-in məlumatına görə, əməliyyatda 23 noyabr 2023-cü ildə bölgəyə gələn "Ohayo" sinifli "USS Florida" nüvə sualtı qayığı iştirak edib.
Böyük Britaniyanın baş naziri Rişi Sunak qeyri-döyüş dəstəyinin Hollandiya, Kanada və Bəhreyn tərəfindən verildiyini açıqlayıb.
ABŞ prezidenti Co Bayden ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbənin müdafiə xarakteri daşıdığını açıqlayıb. O, husilərə hücumun dənizdə naviqasiya azadlığına qarşı düşmən hərəkətlərinə qaçılmaz cavabı nümayiş etdirmək məqsədi daşıdığını söyləyib. Ağ Evin rəhbəri əlavə edib ki, Vaşinqton Yəmənə qarşı əlavə tədbirləri istisna etmir.
"Bu hədəfə alınmış zərbələr ABŞ və müttəfiqlərinin bizim ən kritik kommersiya marşrutlarımızdan birində naviqasiya ilə bağlı hücumlara və təhdidlərə dözməyəcəyinə dair aydın mesaj göndərir", - Co Bayden deyib.
Hücumdan bir saat sonra ABŞ "Husilər"in mövqelərinə endirilən zərbələrin məqsədlərinə çatdığını və hücumun bitdiyini açıqlayıb.
Yüksək rütbəli Amerika rəsmisi bildirib ki, bombardman üçün hədəflər radar stansiyaları, raket buraxılış qurğuları və sahil müşahidə məntəqələri olub.
Hüseyn İbadlı
-
Magazin109:40Telli Borçalı efirdə gərgin anlar yaşatdı: Əməkdaşları vurdu - VİDEO
-
Avropa09:33Rusiya bu şəhər üçün ölüm-dirim savaşına girir: Hətta dünya müharibəsinə də hazırdır
-
ABŞ08:10ABŞ şatdauna görə hava nəqliyyatını 10 faiz azaldacaq - Sabahdan etibarən...
-
Sağlamlıq05:15Bu əlamətlər varsa, dərhal həkimə müraciət edin! - Xəbərdarlıq
-
İdman02:07“Qarabağ”ın ÇL-dəki qazancı artdı - Məbləğ nə qədərdir?
-
Qoroskop02:00Günün ulduz falı: Maliyyə sabitliyi üçün yeni planlar qurmalısız
-
İdman01:45Elvin “Qarabağ”dan gedir? - Menecerimlə danışmalıyam
-
İdman5 Noyabr 23:51“Qarabağ” - “Çelsi” matçının ən yaxşısı o oldu - FOTO



















.jpg)

.webp)


















