Yaxın Şərq
İsrail 1970-ci illərdən bəri ilk dəfə Suriyanı İŞĞAL ETDİ
Bu həftə sonu İsrail ordusu yarım əsrdən artıq müddətdə ilk dəfə olaraq Qolan təpələri xaricində Suriya sərhədini keçib.
Publika.az xəbər verir ki, bu barədə “New York Times” iki İsrail rəsmisinə istinadla məlumat yayıb.
“İsrail quru qoşunları 1973-cü ilin oktyabrından bəri onların Suriya ərazisinə ilk açıq işğalı olan demilitarizasiya zonasına daxil olub”, - nəşr qeyd edir.
Rəsmilərin sözlərinə görə, Təl-Əvivdə Suriya silahlı müxalifətinin üzvlərinin Qolan yaxınlığındakı hərbi obyektləri ələ keçirib İsrailə qarşı istifadə edə biləcəyi ilə bağlı narahatlıq var.
Dekabrın 9-da İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bəyan edib ki, Suriya İsrail ordusu üçün dördüncü cəbhədir.
Kan televiziya və radio şirkəti bildirib ki, İsrailin hərbi-siyasi rəhbərliyi ərazidə kənar qüvvələrin peyda olmasının qarşısını almaq üçün Qolan təpələrinin Suriya hissəsinə hərbi nəzarəti gücləndirmək imkanını nəzərdən keçirir.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































