Yaxın Şərq
Rus bazaları boşaldılır: Gizli danışıqlarda hansı razılaşma əldə edilib?
Suriyada Əsədin devrilməsindən sonra bu ölkədə Rusiyaya məxsus hərbi bazalarının taleyi sual altına düşüb. Tartus və Hmeymim bazası Rusiyanın Yaxın Şərq və Afrika coğrafiyasındakı varlığı üçün strateji əhəmiyyət kəsb edir.
Publika.az xəbər verir ki, Rusiya Suriyada hakimiyyəti nəzarətə götürən “Heyət Tahrir əş-Şam”la (HTŞ) bazaların qalması istiqamətində danışıqlar aparır. Kreml, Pentaqon və Şamdakı mənbələr HTŞ və Moskvanın bazalar məsələsində razılaşdığını bildirsələr də, reallıqda fərqli mənzərə var.
Rusiya təyyarələrinin bazanı tərk etdiyi, hərbi donanmanın da Aralıq dənizinə yelkən açdığı görüntüləri yayılıb.
Tartus hərbi dəniz bazası Rusiyanın keçmiş SSRİ coğrafiyasından kənarda mövcud olan yeganə bazasıdır. Bu baza Rusiya donanmasının Aralıq dənizindəki yeganə dayanacaq nöqtəsidir. Bazada nüvə başlıqlarının daşındığı sualtı gəmilərlə yanaşı, çoxsaylı döyüş gəmisi var.
Hmeymim hərbi bazasında isə Rusiyanın 70-ə yaxın döyüş təyyarəsi, eləcə də PUA-lar mövcuddur. 2015-ci ildən etibarən istifadə edilən hərbi baza Rusiyanın Afrika qitəsinə verdiyi hərbi dəstəyin əsas koordinasiya nöqtəsidir. Bu bazalar olmadan Rusiyanın Afrikada hərbi fəaliyyəti çətinləşəcək.
Hazırda hər iki bazanın yerləşdiyi Lazkiyə bölgəsi HTŞ, YPG və İsrail gücləri arasında mühasirəyə düşmüş vəziyyətdədir.
Kəşfiyyat üzrə ixtisaslaşmış beynəlxalq “İntelnews” portalının Kremldəki mənbələrdən əldə etdiyi məlumatlara görə, Rusiya son bir həftədə HTŞ liderləri ilə təmaslar qurur və tərəflər arasında müəyyən anlaşmanın olduğu görünür. Anlaşmaya görə, Suriyadakı keçici hökumət Rusiyaya aid hərbi bazalara və diplomatik korpusa toxunmayacaq, təhlükəsizliyin təmin edilməsinə dəstək verəcək.
Lakin ABŞ-da mənzillənən “Müharibə Araşdırmaları İnstitutu”nun əldə etdiyi məlumatlara görə, Rusiya donanması Lazkiyənin 8 kilometrlik məsafəsində açıq dənizdə yeni əmirlərin verilməsini gözləyir.
Asif
-
Sosial09:18Bu rəsmi qurumların saytları açılmır
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat








.jpg)



.jpg)
























