Yaxın Şərq
İrandan silahları "Hizbullah"a ötürən komandir müavini MƏHV EDİLDİ
İsrail Müdafiə Qüvvələrinin ( İDF ) Livanda keçirdiyi əməliyyat zamanı hərəkatı silahla təmin edən 4400-cü bölmənin komandir müavini, "Hizbullah" üzvü Hüseyn Əli Nəsr öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələri öz "Telegram" kanalında məlumat yayıb .
"Bazar günü səhər saatlarında Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatlarına əsasən, 4400-cü bölmənin komandir müavini vəzifəsini icra edən terrorçu Hüseyn Əli Nəsrə zərbə endirib", - ordunun bəyanatında deyilir.
Hava hücumunun kəşfiyyat məlumatlarına əsaslandığı bildirilir. İsrail tərəfinin bildirdiyinə görə, Nəsr Livana qeyri-qanuni silah göndərilməsini koordinasiya edib, iranlı əməliyyatçılarla qarşılıqlı əlaqədə olub və Beyrut beynəlxalq hava limanından istifadə edib.
Onun həmçinin Suriya-Livan sərhədində qaçaqmalçılarla əlaqədə olduğu və "Hizbullah"ın hərbi potensialının gücləndirilməsinə yardım etdiyi iddia edilir.
İDF vurğulayıb ki, bu, 4400-cü bölməyə qarşı onun fəaliyyətini dayandırmaq məqsədi daşıyan ilk əməliyyat deyil.
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi






































