Yaxın Şərq
Netanyahudan KRİTİK AÇIQLAMA: "Tehranı 10 il geri salmışıq, elə saziş imzalanmalıdır ki..."
"İranın nüvə proqramı üzrə uğurlu razılaşma Tehranı uranı silah üçün zənginləşdirmək imkanından tamamilə məhrum etməlidir".
Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə JNS xəbər portalının konfransında bildirib.
Netanyahu deyib ki, İsrail onilliklər ərzində İranın nüvə ambisiyalarını cilovlayıb və Tehranı bu prosesdə təxminən 10 il geriyə salıb.
Baş nazir vurğulayıb ki, sazişin əsas şərti İranın nüvə infrastrukturunun sökülməsi, həmçinin ballistik raketlərin hazırlanmasına qadağa qoyulması olmalıdır.
"Uğurlu saziş İranı nüvə silahı üçün uranı zənginləşdirmək imkanından məhrum edəcək razılaşma ola bilər. Biz ABŞ-la sıx təmasdayıq - bu və ya digər şəkildə Tehran buna malik olmayacaq", - Netanyahu bildirib.
Aprelin 26-da Omanda İranın nüvə proqramı və Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatıb. ABŞ nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edib.
Növbəti iclasın mayın 3-də baş tutacağı gözlənilir.
Hüseyn İbadlı
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika17 İyun 15:43İlham Əliyev sərəncam imzaladı
















.jpg)






















