Yaxın Şərq
Suriyanın paytaxtında daha bir GÜCLÜ PARTLAYIŞ
Suriyanın paytaxtı Dəməşq şəhərində daha bir partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Əl-İxbariya" telekanalı məlumat yayıb.
Hadisənin digər təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, iyunun 22-də Dəməşqin xristianların məskunlaşdığı Duveyla bölgəsində Müqəddəs İlyas kilsəsində güclü partlayış baş verib. Partlayıcı qurğu ibadət zamanı işə düşüb - terrorçu binaya girərək atəş açıb, sonra isə bombanı işə salıb.
Ertəsi gün Suriya təhlükəsizlik qüvvələri məbəddə terror aktının təşkilatçılarını və yeraltı qruplaşmanın üzvlərini saxlayıb. Yerli jurnalistlərin məlumatına görə, xüsusi əməliyyat 24 saatdan az vaxt ərzində həyata keçirilib.
Dəməşqdə hücuma məruz qalan Müqəddəs İlyas kilsəsinin rəhbəri Yuhanna Şehada hücumların təkrarlanacağını istisna edə bilməyəcəyini bildirib. Onun fikrincə, bu faciə suriyalılara qeyri-sabitliyin çətin illərini xatırladıb. O qeyd edib ki, səlahiyyətli orqanlar hərtərəfli araşdırma aparmağa və bunu ictimailəşdirməyə borcludurlar.
Hüseyn İbadlı
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO



















.jpg)
















