Yaxın Şərq
İran İsrailə nə qədər raket atıb? - Təl-Əviv itkilərini AÇIQLADI
İran münaqişənin 12 günlük eskalasiya mərhələsində İsrailə təxminən 550 raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.
Publika.az xəbər verir ki, bunu İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman deyib.
Onun sözlərinə görə, İrandan atəşə tutulması nəticəsində 28 nəfər ölüb, 1472 nəfər yaralanıb.
Gendelman qeyd edib ki, həkimlər 15 yaralının vəziyyətini ağır, 58-nin vəziyyətini orta ağır dəyərləndirirlər. O qeyd edib ki, 1399 nəfər isə yüngül xəsarət alıb.
Xatırladaq ki, bu səhər İsrailin cənubundakı Beer Şeva şəhərində İran raketinin yeddi mərtəbəli binaya düşməsi nəticəsində 10 nəfər yaralanıb, onlardan üçü həlak olub.
İsrail “Yüksələn Şir” əməliyyatının məqsədlərinə nail olunduğuna inandığı üçün ABŞ prezidenti Donald Trampın atəşkəs təşəbbüsü ilə razılaşıb. İran Təhlükəsizlik Şurası da İsraillə atəşkəsi təsdiqləyib.
Hüseyn İbadlı
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO



















.jpg)
















