Nəqliyyat
Hibridlər üçün aksiz vergisi ləğv edilə bilər? - Ekspert AÇIQLADI
Ölkəyə gətirilən hibrid avtomobillərə görə, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün elektrik enerjisi doldurucularına görə ƏDV-nin ləğv edilməsi barədə xəbərlər gəlməkdədir. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərin layihəsi hələlik dərc edilmədiyindən detalları bilməsəm də, belə güzəştlərin edilməsi gözlənilən idi. Bu, həm 2018-ci ilin dekabrında qəbul edilən Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramından irəli gələn tələbdir, həm də son dövrlərdə yaranmış zərurətdir. Düzdür, hələlik gələn xəbərlərdə güzəştlərin məhdudluğu qeyd olunur. Güzəştlərin istehsal tarixi 3 ildən və mühərrikinin iş həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərə növbəti 3 il müddətində aid olduğu deyilir.
Publika.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
O bildirib ki, yeni hibridlər kifayət qədər baha olduğundan bu güzəştdən sonra hibridlərə münasibətdə aliotaj gözlənilməsə də, hər bir halda hibridlərə maraq artacaq: "Elektrik mühərriki ilə işləyən avtomobillər üçün elektrik enerjisi doldurucularına görə ƏDV-nin ləğv edilməsi isə bu tipli avtomobillər üçün infrastruktur yaradılmasına təkan verməklə onlara marağı artıracaq. Bütün bunlar avtomobil nəqliyyatı parkımızın ekoloji zərərini tədricən azaladacaq. Avtomobillərin yenilənməsi yollarda təhlükəsizliyi də tədricən artıracaq.

Düşünürəm ki, bu istiqamətdə görüləcək xeyli sayda başqa işlər də var. Bunları qeyd etmək istərdim:
1. Elektrikli avtomobillərə və hidridlərə keçidi stimullaşdıran digər tədbirlər də görülməlidir (məsələn, hibridlər üçün aksiz vergisinin də ləğvi, elektromobillər üçün gömrük rüsumunun ləğvi və s.);
2. Elektrikli avtomobilləri və hidridləri populyarlaşdırmaqla bərabər köhnə avtomobillərin utilizasiyasına da ləngimədən başlanmalıdır. Utilizasiya proqramı nəhayət ki, qəbul edilməli, yeni və müasir avtomobillərə marağı artırmaqla bərabər, köhnə və yarasız avtomobillər tədricən istifadədən çıxarılmalıdır;
3. Ölkəmizdə, xüsusən də paytaxtda və digər böyük şəhərlərdə əhalinin mobilliyinin müasir, ekoloji baxımdan daha təhlükəsiz, rahat və əlverişli üsullarının genişlənməsi istiqamətində ciddi işlər görülməlidir. Nəhayət ki, velosipedi real nəqliyyata çevirmək üçün işlərə başlamalıyiq. Piyadalar üçün əlverişli hərəkət mühitini korlayan problemləri aradan qaldırmalıyıq, cəngəlliksayağı şəhərsalma və məskunlaşmanı dayandırmalıyıq və s. Bunları etməsək, bu gün tixacda dayanan daxili yanma mühərrikli avtomobilləri sabah daha pis və dözülməz tixacda elektromobillər əvəzləyəcək;
4. İctimai nəqliyyata çox ciddi diqqət yetirilməlidir. Ölkəmizdə aşkar avtobus çatışmazlığı var, tramvay kimi nəqliyyat ləğv edilib və s. Nəqliyyatla bağlı istənilən problemin (tıxacların, ekoloji çirklənmənin və s.) həlli ictimai nəqliyyatın inkişafından keçir. Ona görə də yaxşı olar ki, dizel mühərrikli avtobuslar üçün 3 il əvvəl tətbiq edilən aksiz vergisi ləğv edilsin ki, Bakının, Gəncənin, Yevlaxın və s. avtobus parkı həm yenilənsin, həm də marşrutlar artırılsın.
Məsələ burasındadır ki, çox zəif durumda olan daşıyıcılar dünyada ən bahalı avtobuslar olan elektrobusları və CNG ilə işləyən avtobusları ala bilməyəcəklər. Bu böyda ölkənin avtobus parkını dövlətə yük etmək də çox ciddi səhv olar. İctimai nəqliyyatn çeşidi, şəbəkəsi artırılmalı, avobus parkı yenilənməli, sürücü kontingenti peşəkarlaşmalı, bir sözlə, komfort və əlçatanlıq hərtərəfli artırılmalıdır. Elə edilməlidir ki, orta statistik sakin avtobusla, tramvayla (əgər olsa), metro ilə səyahəti üstün tutsun, ictimai nəqliyyata etibar və etimad etsin".
-
ABŞ02:18Epşteyn işi ilə bağlı sənədlər YAYIMLANDI
-
Qoroskop01:40Günün ulduz falı: Maraqlı görüşlər baş tutacaq
-
Magazin201:20Yeni Türkiyə gözəli seçildi - FOTO
-
Sosial19 Dekabr 20:36Somalidən gətirilən ət satılmayacaq - RƏSMİ
-
Nida Xəbər 19 Dekabr 19:30Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR
-
Kriminal19 Dekabr 19:10Baş Prokurorluqdan Kamran Əsədovla bağlı AÇIQLAMA
-
Magazin119 Dekabr 18:30Ağakərimin harada dəfn olunacağı bilindi
-
Hadisə19 Dekabr 17:12Azərbaycanın əməkdar məşqçisi vəfat etdi










.jpg)



.jpg)













