Nəqliyyat
Güclü qar Cəlilabad-Yardımlı yolunda hərəkəti məhdudlaşdırdı - VİDEO
Cəlilabad-Yardımlı istiqamətində olan kəndlərdə qarın hündürlüyü 40 sm-ə çatıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, sözügedən yolla əlaqədar rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Əhalinin sözlərinə görə, bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30-40 santimetrə qədər çatıb. Cəlilabad rayon icra hakimiyyətinin müavini, fövqəladə hallar komissiyasının sədri Qalib Xudaverdiyev deyib ki, səhər saatlarından başlayaraq hərəkət çətinliyi yaranan yolda qar təmizləyən texnika və işçi qüvvəsi yolun açılması üçün çalışır.
Qeyd edək ki,bölgədə qar yağışı fasilələrlə davam edir. Ən çox qar ucqar dağ kəndlərində yağıb, burada qarın hündürlüyü 30-40 santimetrə çatır. Sinoptiklər gün ərzində yağıntının davam edəcəyini və bəzi yerlərdə intensivləşəcəyini bildirir.
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev






































