Nida.az
Əli Kərimli AXCP-nin adını Yurd Partiyasına dəyişir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli
Kərimli yeni partiya yarada bilər.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə
yayılan bu məlumat ciddi müzakirələrə səbəb olub. Məlumata görə, Ə.
Kərimli qurultayın nəticələrinin Ədliyyə Nazirliyi tərəfindən geri
qaytarılmasından sonra bu qərara gəlib.
Qeyd edək ki, Razi Nurullayevin AXCP Etimad Qurultayı adı ilə
sənəd təqdim etdiyini əsas gətirən Ədliyyə Nazirliyi “eyni hüquqi
şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd
olan müraciətlərin daxil olduğunu nəzərə alaraq” sənədləri geri
qaytarıb. Qanuna uyğun olaraq, mübahisəli məsələnin həlli üçün
məhkəməyə müraciət edilməsi təklif olunub.
Məlumata görə, Əli Kərimli mübahisəli məsələni həll etməyin vaxt
alacağını əsas gətirərək, yeni adda partiya yaradıb qeydiyyatdan
keçmək niyyətindədir. Ədliyyə nazirliyinin cavabından sonra Əli
Kərimlinin “facebook” səhifəsində “AXCP sədri kimi deyil, vətəndaş
Əli Kərimli kimi müxalifət mövqeyini paylaşır, əgər partiyanın adı
dəyişəcəksə, bu onların mövqeyinin dəyişməsi demək deyil” kimi
açıqlaması da məlumatları təsdiqləyir. Məlumatlara görə, Əli
Kərimli rəhbərlik etdiyi partiyanın adını Yurd Partiyası ilə dəyişə
bilər.
Alternativ AXCP-nin sədri Razi Nurullayev Publika.az-a
açıqlamasında deyib ki, Ədliyyə Nazirliyinin Əli Kərimlinin
qurultay sənədlərini geri qaytarması onların tam hüquqlu AXCP kimi
tanınması ehtimallarını artırır: “Əli Kərimli AXCP sədri olan
zamanlarda partiyanın nizamnaməsini dəfələrlə pozub. Qurultayın
keçirilməsini bir neçə il ləngidib. Rayon konfranslarını saxta
cəbhəçilərlə keçirib. Ədliyyə Nazirliyi bunları nəzərə aldı”.
Asif
-
Qoroskop00:15Günün ulduz falı - Sevgidə diqqət sizə yönələ bilər
-
İdman10 Mart 23:48“Qalatasaray” azarkeşləri Osimheni belə ağlatdılar - Video
-
MDB10 Mart 23:36Arvadının keçmiş ərini beysbol dəyənəyi ilə vəhşicəsinə döydü
-
Region10 Mart 22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial10 Mart 21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB10 Mart 20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB10 Mart 20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək
-
Qarabağ 10 Mart 20:20Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO












.jpg)






















