Nida.az
Rus tarixçidən ETİRAF: “Xocalı soyqırımı olub və rus əsgərləri günahkardır” - MÜSAHİBƏ
Rusiyalı akademik, məşhur tarixçi Yuri Pompeyev Xocalı soyqırımı haqda danışıb. Qeyd edək ki, “Qarabağ gündəliyi” və “Qarabağın qanlı burulğanı” kimi tarixi monoqrafiyaların müəllifi olan Y. Pompeyev Xocalı hadisələrini öyrənən tarixçilərdəndir.
Publika.az “Moscow-baku” portalına istinadən həmin
müsahibəni təqdim edir.
- Xocalı hadisələrinə soyqırımı demək
mümkündürmü?
- Bəli, tamamilə belə demək olar. Silahsız insanlar, uşaqlar məhv
edildi. Həmçinin insanlar milli mənsubiyyətinə görə öldürüldülər.
Azərbaycanlılara qarşı göz qabağında törədilən bu hadisə əsl
soyqırımı idi. Bu hərbi cinayətin bir gün mühakimə olunacağı
dəqiqdir.
O dövrə qədər Xocalıda məshəti türklər də yaşayırdı. Bu xalq Stalin
tərəfindən Fərqanə vadisinə sürgün edilmiş, 80-ci illərin
sonlarında Qafqaza qayıtmışdı. Bu xalq böyük faciələrlə üzləşib.
Onlar Xocalıda da tankların altında əzildilər.
“Qarabağ gündəliyi”ni yazarkən mən həmin faciədən sağ qurtulan
insanlarla görüşürdüm. Onlardan bir çoxu hələ o zaman uşaq, yaxud
gənc idilər. Onlarda bu faciədən psixoloji sarsıntılar qalmışdı.
Məsələn, bir qız normal nitqini itirmişdi. Bu, dəhşətli idi.
- Sizin fikrinizcə, ermənilərin Xocalı əməliyyatının
hədəfləri nə idi?
- Ermənistan prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas
de Vala müsahibəsində “Xocalıya qədər azərbaycanlılar düşünürdülər
ki, bizimlə zarafat etmək olar və biz dinc əhaliyə əl
qaldırmayacağıq. Amma biz bu stereotipi sındıra bildik” deməklə bu
hədəfi aydın ifadə etdi.
- Bəziləri “Xocalıya ədalət!” kampaniyasının “erməni
soyqırımı”nın tanınmasına cavab olduğunu hesab edirlər. Siz necə
düşünürsünüz?
- Mən bunun hansısa cavab olduğunu düşünmürəm. Bu, azad
kampaniyadır və məqsəd həqiqətlərin çatdırılmasıdır. Leyla
Əliyevanın başlatdığı bu kampaniya nəticəsində Rusiyadan başlamış,
Avropa və Amerikaya kimi bir çoxları Xocalı həqiqətləri haqda
məlumatlar əldə edib. Hesab edirəm ki, kampaniyanın Rusiyada
aparılması da əhəmiyyətlidir. Çünki o vaxt Rusiyanın 366-cı
alayının tankçıları və əsgərləri də bu qırğında iştirak ediblər.
Onların ya içkinin təsiri altında, ya da təzyiqlə bu addımı
atmalarının heç bir fərqi yoxdur. Bu haqda rusiyalılar da
bilməlidir.
- İki xalq arasında barışıq mümkündürmü?
- Barışıq sadə insanlardan başlamalıdır. Sadə vətəndaşlarla hərbi
cinayətkarları və terrorçuları ayırmaq lazımdır. Müharibəyə qədər
insanlar bir yerdə yaşayırdı. Ailəvi dost idilər. Hesab edirəm ki,
əvvəl-axır azərbaycanlılarla ermənilər barışacaq. Çünki onlar
qonşudurlar. Sadəcə olaraq bunun üçün nümunələr lazımdır. Bakıda
Avropa Oyunları zamanı Azərbaycan Prezidenti İlham Əliyev erməni
idmançıya medal təqdim etdi. Həmin vaxt tribunadan fit səsləri
eşidildi və İlham Əliyev əl işarəsi ilə insanları sakitləşdirdi.
İnsanlar Prezidentin bu işarəsindən sonra fiti alqışlarla
əvəzlədilər. Bu çox gözəl nümunə idi.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...