Nida.az
Azərbaycanda yeni vəzifələr yaradıldı
Azərbaycanda Prezidentin fəaliyyətini təmin edən orqanların fəaliyyəti ilə bağlı dövlət qulluğunda yeni vəzifələr yaradılıb.
Publika.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" qanunun 11.1-ci maddəsinə əlavələr müzakirə edilib.
Əlavəyə görə, maddənin 1-ci hissəsinə (İnzibati vəzifələrin ali təsnifatı) ali vəzifə təsnifatı siyahısına "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi" də daxil edilir.
Maddənin 2-ci hissəsində (inzibati vəzifələrin birinci təsnifatı) birinci dərəcəli vəzifə təsnifatı siyahısına da Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin və onların birinci müavinləri ilə yanaşı, "orqan rəhbərlərinin müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərləri" vəzifələri də daxil edilir.
Maddənin 3-cü hissəsində (inzibati vəzifələrin ikinci təsnifatı) ikinci dərəcəli vəzifə təsnifatı siyahısı isə dəyişdirilir.
Belə ki, qüvvədə olan "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinlərinin vəzifələri" təsnifatında orqan rəhbərlərinin müavinləri vəzifələri ləğv edilərək, orqanların bölmə rəhbərləri daxil edilir.
Layihədə o da qeyd olunur ki, sənəd dövlət başçısının fəaliyyətini təmin edən orqanların işinin səmərəliyini təşkil etmək məqsədi ilə təqdim olunub.
Daha sonra layihə səsə qoyulaarq qəbul olunub.
Vasif Həsənli
-
MDB08:12"Qiyamət radiosu"ndan yeni sirli mesaj - Bu dəfə elə bir vaxta təsadüf etdi ki...
-
MDB07:35Putin Ermənistana ordu göndərəcək? - Qalmaqallı yeni qanun
-
Dünya04:30İran geri çəkilməyəcək - Pezeşkian
-
Qoroskop02:19Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
ABŞ01:40ABŞ-da məsciddə atışma: ölənlər var
-
ABŞ00:45ABŞ bu gün İrana zərbə endirəcək? - Trampın son qərarı
-
Sağlamlıq18 May 22:46Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
-
Sosial18 May 21:11Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək



































.jpg)



