Nida.az
Məmmədyarov: "Azərbaycan sərmayəçilər üçün azad iqtisadi zonanın iddialı konsepsiyasına çevrilib"
"Dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan nəqliyyat xidmətlərini iqtisadiyyatımızın əsas müqayisəli üstünlüklərindən birinə çevirərək tranzit və ticarət potensialımızı yerinə yetirməyə çalışır. Bunu nəzərə alaraq, Azərbaycan “Trans-Avropa” və “Trans-Asiya” dəmiryol şəbəkələrinin qarşılıqlı əlaqəsinə xidmət edəcək öz nəqliyyat infrastrukturunu şaxələndirir və modernləşdirir".
Bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Antalyada keçirilən Nazirlər Şurasının 24-cü iclasında deyib.
Nazir bildirib ki, artıq Çin və Avropadan bir neçə logistika şirkətinin diqqətini cəlb edən "Bakı-Tbilisi-Qars" strateji magistral dəmir yolu, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, sərmayəçilər üçün əlverişli olan azad iqtisadi zonanın iddialı konsepsiyasına çevrilib.
"Çinin rəhbərlik etdiyi "Bir kəmər, bir yol" Təşəbbüsü üçün orta dəhliz qismində Transxəzər Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu, Əfqanıstanın potensialını açmaq üçün "Lapis Lazuli" ticarət yolu, həmçinin Şimal-Cənub və Cənub-Qərb ticarət dəhlizləri bütün İƏT regionunun tranzit potensialının artırılmasına yönəlmiş əsas infrastruktur layihələridir", - deyə nazir bildirib.
E.Məmmədyarov vurğulayıb ki, yalnız bu marşrutların xəritəsinə baxsanız bölgəmizdəki ticarət arteriyaları və damarları ilə bir-birinə bağlı olan şəbəkəni görə bilərsiniz: "Bu, ticarətin asanlaşdırılması üzrə canlı ambisiyamızdır".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
