Nida.az
ASALA-nın bəyanatları buna hesablanıb - Politoloq açıqladı
“ASALA terror təşkilatı yenidən fəallaşdıqlarını bəyan edib. Terrorizm dünyada pislənib və beynəlxalq qanunlarla qadağan olunub”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, ASALA terror təşkilatı bu cür bəyanatlar verərək guya Azərbaycan və Türkiyənin gözünü qorxutmaq istəyir: “Artıq o vaxt deyil ki, kimsə dünyanın hər hansı yerində açıq-aydın şəkildə bir diplomata atəş açsın, ya da həyatına təhlükə törətsin. ASALA terror təşkilatının bəyanatı şantajdan başqa bir şey deyil. Onlar bundan sonra heç bir fəallıq göstərə bilməyəcəklər. Azərbaycan və Türkiyə kifayət qədər güclü ölkələrdir. Hətta keçmişdə də ASALA-nın kökünü məhz Türkiyə kəsmişdi. Onlar yenidən baş qaldırmaq istəyirlərsə, hər iki ölkə terroristlərin qarşısını alacaq.
ASALA-nın bizim üçün təhlükə yaradacağına inanmıram. Hərb meydanında uğursuzluğa düçar olan şəxslər indi terror yolu ilə nələrsə əldə etmək istəyirlərsə, bu, onlara çox baha başa gələcək. ASALA-nın illər sonra yenidən aktivləşməsinin səbəbi müharibədə məğlub olmalarıdır. Çünki Ermənistan ordusu müharibə zamanı məhv edilib. Onlara itirdiklərinin yerini doldurmaq üçün ən azı bir neçə il lazımdır. Erməni xalqı hər zaman özlərini tərifləyib lovğalanmağı sevir və buna görə də məğlub oldular. İndi isə onlar bu terror təşkilatı vasitəsilə ruhlanmağa çalışırlar. Ancaq ermənilərin seçdiyi vasitə beynəlxalq aləmdə qınanılan bir yoldur. Hələ ki, ortalıqda heç nə yoxdur, onlar sadəcə boş bəyanat verirlər. Onların yerləşdiyi ölkələr bilinərsə, Azərbaycan və Türkiyə həmin terrorçuları məhv edəcək”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
