Nida.az
Kərim Vəliyev: “Azərbaycanın ərazisi, dəniz və hava məkanı etibarlı qorunur” - FOTO
Bakı Qarnizonu hərbi hissələrinin şəxsi heyətinin, şəhid ailələri üzvlərinin və müharibə veteranlarının iştirakı ilə Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusu gənclərinin toplantısı keçirilib.
Publika.az">Publika.az-a barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev müdafiə nazirinin salamlarını və təbriklərini toplantı iştirakçılarına çatdırıb.
General-polkovnik K.Vəliyev qeyd edib ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin iz buraxıb və bu siyasət hazırda Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildirilib ki, Prezidentimiz gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, habelə gənclər təşkilatlarının formalaşması və inkişafına böyük diqqət yetirir.
“Gənclərin hərbi xidmətə hazırlanması, onların milli-mənəvi dəyərlər əsasında, intellektual, fiziki və mənəvi tərbiyəsi dövlət başçımızın daim diqqət mərkəzindədir. Məhz Vətən sevgisi Azərbaycan gənclərini torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərə qatılmağa sövq etdi”, - deyə Baş Qərargah rəisi bildirib.
O vurğulayıb ki, gənclərimiz Azərbaycan Ordusunda xidmət keçməkdən şərəf duyur və qarşıya qoyulmuş bütün vəzifələri ləyaqətlə yerinə yetirir: “Hərbi xidmətdə olan gənclərimiz cəmiyyətin aparıcı qüvvəsi olaraq, Vətən və xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edir. Səngər və döyüş mövqelərində xidmət edən zabit və əsgərlərimizin yüksək peşəkarlığı sayəsində ölkəmizin ərazisi, dəniz və hava məkanı etibarlı qorunur”.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi adından ordu gənclərinə xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulanıb.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






