Nida.az
Sülhməramlılar bizdən arqument tələb edərsə... - Şərh
“Erməni terrorçu dəstələrinin ünsürlərinin keçici olaraq rus sülhməramlılarının nəzarəti altında olan torpaqlarımızda Azərbaycan maşınlarını yoxlamağa nə hüquqları, nə də bacarıqları var”.
Bunu Publika.az">Publika.az-a açıqlamasında “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri Samir Hümbətov deyib.
O bildirib ki, onlara o dəstəyi verən, bu şəraiti yaradan Rusiya sülhməramlılarıdır: “Əgər onlar bu cür şərait yaratmasalar, erməni separatçıları həmin ərazidə hər hansı bir formada iştirak edə bilməz. Deməli, erməni quldurlarının polis paltarında Azərbaycan maşınlarının yoxlanmalarına cəlb edilməsi Rusiya tərəfindən verilən bir mesajdır. Yəni, biz öz bildiyimizi etmək istəyirik. Belə olan halda bizim bunlara qarşı adekvat tədbirlərimiz olmalıdır.
Birmənalı şəkildə Rusiya Müdafiə Nazirliyinə və nazirliyin Qarabağ ərazisindəki sülhməramlıların komandanlığına qəti şəkildə bildirmək lazımdır ki, 10 noyabr razılaşmasına əsasən, ya terrorçular həmin ərazilərdən çıxarılacaq, ya da biz erməni terrorçu ünsürlərinə qarşı anti-terror əməliyyatı keçirmək hüququnu özümüzdə saxlayırıq. Çünki nəinki separatçıların, hətta rus sülhməramlılarının da Azərbaycan maşınlarını yoxlamağa ixtiyarları çatmır. Biz 10 noyabr razılaşmasını rəhbər tutaraq onlara təzyiq göstərməsək, bu gün separatçıları polis formasında, sabah hərbçi formasında qarşımıza çıxaracaqlar. Necə ki, Şuşa ərazisində qumbara atan erməni terrorçusunu İrəvana qaytardılar”.
S.Hümbətov vurğulayıb ki, Azərbaycanın bu mövzularda nisbətən tolerant davranması taktiki gediş də ola bilər: “Ola bilsin ki, 5 ilin tamamında sülhməramlıların Azərbaycandan çıxarılması üçün arqumentlər formalaşdırılır. Məsələn, 5 il bitdikdən sonra biz sülhməramlılardan ölkəni tərk etmələrini istədikdə onlar bizdən arqument tələb edərsə, onların qarşısına bu kimi törətdikləri qanunsuz əməlləri qoya bilərik. Yaxud da 5 ilin tamamında onların orada təkbaşına sülhməramlı fəaliyyətinə icazə verməmək və Türkiyə kimi müttəfiq qoşunlarının cəlb edilməsini təmin etmək üçün əlimizdə əsaslar ola bilər. Hesab edirəm ki, Azərbaycan hökuməti bu məsələləri ciddi şəkildə düşünür və bütün bunlarla bağlı planları var. Lakin indiki vəziyyətdə nə olursa olsun, erməni terrorçularının yoxlanışlara cəlb edilməsi Azərbaycan qanunlarına hörmətsizlikdir. Beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa və kobud şəkildə pozulmasıdır. Ona görə də biz bu məsələlərin üstünə indidən düşməliyik. Dövlətin ərazi bütövlüyünü təmin etmək və vətəndaşlarının təhlükəsizliyini təmin etmək tam hüququdur. Azərbaycanın həmin ərazilərdə anti-terror əməliyyatları keçirməsi və erməni terrorçu ünsürlərini təmizləməsi suveren hüququdur”.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var








.jpg)



.png)















.jpg)
.jpg)





