Nida.az
Bu addımlar Şuşaya göstərilən qayğının daha bir nümunəsidir - ŞƏRH
“2021-ci ilin yekunları ilə bağlı Azərbaycan xalqına müraciət edən cənab Prezident İlham Əliyev 2022-ci ilin Azərbaycanda Şuşa ili elan olunacağını bildirdi və Şuşa ili çərçivəsində ölkəmizdə bir sıra mühüm tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq əlavə edib ki, Azərbaycan Respublikasının Mədəniyyət paytaxtı da Şuşa şəhəri elan olunub: “2021-ci ildə Şuşada “Xarıbülbül Musiqi Festivalı”, eləcə də “Molla Pənah Vaqifin adına Poeziya Günü təşkil” olunub. Şuşa şəhəri azad olunduqdan sonra oraya bir sıra mühüm səfərlər təşkil olunub. Azərbaycanda akkreditasiya olunmuş beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, ictimai-fəal şəxslər, QHT nümayəndələr, siyasilər, xarici və yerli jurnalistlər bu səfərlərdə iştirak etdilər və səfər təəssüratlarını KİV-lərdə və sosial şəbəkələrdə paylaşırdılar. Bu gün artıq vətəndaşlarımız da çox rahatlıqla Şuşaya səfər edə bilərlər. Buraya müntəzəm turlar təşkil olunur. Şuşanın işğaldan azad olunması 44 günlük Vətən müharibəsində də dönüş nöqtəsi kimi dəyərləndirilir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Xüsusi Təyinatlıları bu əməliyyatda böyük fədakarlıq göstərməklə alınmaz qala hesab olunan Şuşanı düşmən işğalından azad edərək Azərbaycan xalqına böyük sevinc bəxş etdilər. 8 Noyabr tarixi əbədi olaraq xalqımızın yaddaşında qalacaq və Zəfər Günü kimi bu günü hər zaman qeyd edəcəklər. Şuşanın xalqımız üçün digər bir özəlliyi Azərbaycanın tanınmış incəsənət xadimlərinin, ədiblərinin burada öz yaradıcılığını həyata keçirməsi olub. Görkəmli musiqiçilərimiz burada yetişib, yaşayıb-yaradıblar”.
İ.Hüseynov vurğulayıb ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra cənab Prezidentin Şuşaya səfəri zamanı Üzeyir bəyin, Xanqızı Natavanın və Bülbülün büstlərini Şuşa İcra Hakimiyyəti qarşısında qoyulması onu da göstərdi ki, biz Şuşaya əbədi olaraq qayıtmışıq: “İşğal dövründə erməni vandalları bu büstləri Gürcüstana qaçıraraq əridib maddi vəsait əldə etməyə çalışırdılar. Lakin Azərbaycan tərəfinin iradəsi sayəsində həmin büstlər Bakıya gətirildi və uzun müddət İncəsənət Muzeyinin həyətində saxlanıldı. Şuşa azad olunduqdan sonra ilk addım olaraq Azərbaycan incəsənətində, tarixində, mədəniyyətində mühüm xidmətləri olan şəxslərin büstlərinin Şuşa şəhərinə qaytarılması təmin edildi. Bu gün Şuşada genişmiqyaslı bərpa işləri həyata keçirilir. Bülbülün ev muzeyi öz tarixi görkəmində bərpa olunaraq istifadəyə verilib və Şuşaya səfər edənlər bu muzeylə tanış ola bilərlər. Digər tərəfən 2022-ci ildə mühüm tədbirlərin keçirilməsi, eyni zamanda Şuşadan məcburi köçkün düşən soydaşlarımızın doğma şəhərlərinə geri qayıtması üçün mühüm işlər görülür. Şuşa şəhərinin qoruq elan olunması da tarixə bir dəyər kimi qiymətləndirilə bilər. Bu addım həm də Şuşaya göstərilən bir qayğının daha bir nümunəsidir”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO