Nida.az
Rusiya Donetsk və Luqanskın müstəqilliyini tanıyarsa... - ŞƏRH
“Rusiya parlamentinin aşağı palatası Dumanın “Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası”nın tanınması üçün “Rusiya Prezidenti Putinə ediləcək çağırışı” gözlənilən idi. Yəni, yaranmış gərginlikdən Putinin uduzan tərəf kimi çıxmış olmaması üçün bu addımın atılması proqnozlaşdırılan idi”.
Bunu Publika.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
src="/storage/files/upload/5768138ce3551d6864df8deaee79104841025bd8.jpg" style="width: 431px; height: 284.46px;" class="fr-fic fr-dib fr-fil">
Politoloqun sözlərinə görə, hər kəs hərbi müdaxilənin olacağını gözləyir: “Digər tərəfdən, hərbi müdaxilənin olacağı təqdirdə Rusiyanın ciddi şəkildə cəzalandırılacağı ilə əlaqədar Qərbin hədə-qorxuları da var. Ona görə də ya Novorusiya (Yeni Rusiya - red.) deyilən ərazidə toqquşma olmalı, ya da bu ərazilərdəki qurumların tanınması məsələsi gündəmə gəlməli idi. Hazırda bu 2 variantdan biri yaşanır. Bununla Putin Rusiya xalqı qarşısında özünün bu qarşıdurmada uduzmadığını göstərmək istəyir. Guya Rusiyanın qazancı bu olacaq ki, sözügedən münaqişəli ərazilərin müstəqilliyini tanımış olacaq. Lakin məsələnin digər bir tərəfi də var. Əgər Rusiya bu addımı atarsa, onun Ukraynadan olan bütün gözləntiləri sıfıra enəcək. Bu günə kimi Rusiya Ukraynanı Avrointeqrasiyadan və NATO-ya üzvlükdən kənar tutmağa çalışıb. Düzdür, reallıq ondan ibarətdir ki, Ukrayna ərazi bütövlüyü ilə əlaqədar problemi olan ölkə olduğu üçün onsuz da NATO-ya üzv kimi qəbul edilməyəcək. Çünki ərazi münaqişələri olan ölkələrin NATO-ya üzv kimi qəbul edilməsi problemlidir. Lakin Avrointeqrasiya məsələsi hələ də öz aktuallığını qoruyur”.
F.Mehdiyev vurğulayıb ki, Ukraynanın Şərq Tərəfdaşlığı proqramına qoşulması prosesi sürətlənə bilər: “Rusiya bu addımı atmaqla həm də Ukraynaya Minsk razılaşmalarına dönməsi ilə əlaqədar olan tələblərindən də əl çəkməli olacaq. Lakin yenə də Rusiyanın “Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası”nın tanınması real görünür. Amma Abxaziya və Osetiyada yaşananlar burada da yaşanacaq. Yəni, Rusiyanın dostluq qurduğu bəzi Afrika ölkələrindən başqa heç bir dövlət bu qurumların müstəqilliyini tanımayacaq”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
