Nida.az
Ermənistanın qeyri-insani əməlləri yenidən İFŞA OLUNDU
Prezident İlham Əliyev dünya ictimaiyyəti qarşısında erməniləri ifşa edir. Bir müddət əvvəl cənab Prezident 4 mindən çox insanın taleyi məsələsinə, əsir və girov düşmüşlərlə bağlı ermənilər tərəfindən heç bir məlumat verilməməsini vurğulamışdı. Məlum olduğu kimi, ölkə başçısı fevralın 4-ü Azərbaycan, Avropa İttifaqı, Fransa və Ermənistan liderləri arasında görüş zamanı bu məsələni gündəmə gətirdi. Nəticədə Avropa İttifaqı tərəfindən görüşün yekunlarına dair verilən bəyanatda Ermənistanın insanlığa yaraşmayan bu cinayətlərinin mövzusu gələcək dialoqun gündəliyinə salındı.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyev Moskvada rusiyalı jurnalistlərə verdiyi müsahibədə də ermənilərin əsir və girov düşmüşlər, habelə kütləvi məzarlıqlarla bağlı cinayətlərini ifşa etdi.
"Mövzuyla bağlı Dövlətimizin başçısı deyib: “Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”.
Bu arada, Azərbaycan dövləti erməni cinayətlərini beynəlxalq mediada ifşa etməkdə davam edir. Bu günlərdə 12 ölkədən 26 media nümayəndəsi Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baş çəkiblər. Birinci Qarabağ müharibəsi zamanı Edilli kəndində ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin həmin məzarlıqda dəfn olunduğu bildirilir. Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilib. Şahidlərin ifadələri əsasında aşkarlanan məzarlıqda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var".
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






.jpg)








.jpg)














.jpg)



.jpg)

