Nida.az
Tatar Azərbaycan nümayəndələrini qəbul etdi
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycandan gedən nümayəndə heyətini qəbul edib.
Publika.az xəbər verir ki, Ersin Tatar azərbaycanlı qonaqları ŞKTC-nin suverenlik Prezident Administrasiyası binasında qəbul edib.
Azərbaycandan gələn nümayəndələri qarşılamaqdan məmnunluğunu dilə gətirən E.Tatar mənəvi duyğuların və tarixdən gələn bağların önəmli olduğunu vurğulayıb.
ŞKTC-nin “Şəhidlər diyarı" olduğunu ifadə edən Ersin Tatar var olmaq mücadiləsində qəhrəmancasına savaşıb, şəhid olan soydaşları olduğunu, Kıbrıs türk xalqına qarşı qətliamların yaşandığını və xüsusilə, Qanlı Miladda yaşanan acının əsla unudulmayacağını söyləyib:
“Kiprin türk xalqı hər zaman Ana Vətən Türkiyəyə güvənib. Kıbrısda bir anlaşma olacaqsa, iki dövlət təməlində olmalıdır. Bərabər beynəlxalq statusumuzun qəbul edilməsi gərəkdir. Yoxsa bizi federasiya adı altında assimilyasiya edəcəkdilər. Türkiyənin zəmanəti və türk əsgəri adada olmasaydı, durum başqa cür olacaqdı. Sabitlik üçün Türkiyənin zəmanəti və türk əsgərlərinin adada olması bizim qırmızı xəttimizdir. Biz ayrı dövlətik, ayrı torpağımız, xalqımız, sərhədlərimiz var. Türkiyə Cümhuriyyəti ŞKTC-ni tam olaraq tanıyır və hər zaman onun arxasındadır.
Azərbaycan xalqı ilə hər cür fəaliyyətin artması bizi sevindirir. Biz eyni millətin övladları olaraq dili, dini, mədəniyyəti və könül birliyini paylaşırıq, biz Azərbaycan xalqının əsl qardaşlarıyıq. Bu münasibətlə bütün Azərbaycan xalqına ən səmimi hörmət və salamımı çatdırıram”.
Azərbaycandan gedən nümayəndə heyəti ŞKTC-də olmaqdan çox məmnun olduqlarını və iki xalqın bir-birinə duyğusal bağlarla bağlı olduğunu vurğulayıb və onları qəbul etdiyi üçün Prezident Ersin Tatara təşəkkür ediblər.
Nümayəndə heyətinə Milli Məclisin deputatları Ramil Həsən, Anar İsgəndərov, Elşad Mirbəşiroğlu, Türk Ağsaqqallar Birliyinin sədri Südeyif İmamverdiyev, jurnalist Nicat Dağlar, diaspor araşdırmaçısı Elnur Eltürk və Hüseyn Hacıyev daxildir.
Qəbulda ŞKTC Prezident Adminstrasiyası Mətbuat, Araşdırma və Arxiv müşaviri Aydın Akkurt və Beynəlxalq Əlaqələr və Diplomatiya üzrə xüsusi müşaviri Prof. Dr. Hüseyn İşıqsal da iştirak edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
