Nida.az
Əliyev-Ərdoğan görüşü: 4 saat ərzində nələr müzakirə edildi?
“Antalya Diplomatiya Forumunda daha çox xarici işlər nazirləri iştirak edirdilər. Bu toplantılar çərçivəsində Türkiyənin təşəbbüsü ilə Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü təşkil olundu. Bu görüşdən hər hansı bir nəticə doğmadı. Hər halda belə bir dialoq vacib idi. Görünən odur ki, Ankara Rusiya və Ukrayna arasındakı savaşın dayandırılması ilə bağlı öz səylərini artırır. Beləliklə, bu səylər təkcə Türkiyə tərəfindən aparılmır, eyni zamanda Azərbaycan və Türkiyə prezidentləri tərəfindən birgə həyata keçirilir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan post-sovet məkanını Türkiyəyə nisbətən daha yaxından müşahidə edir:
“Bura ilə bağlı biliklərimiz və təsir imkanlarımız da Türkiyədən daha çoxdur. Hazırda Ukraynada ən azından 200 min azərbaycanlı yaşayır. Doğrudur, cürbəcür rəqəmlər səsləndirilir, ən azından bu qədər soydaşımız hazırda müharibə olan ölkədə həyatlarına davam edir. İndi bizim hazırkı Ukrayna rəhbərliyi ilə rabitəmiz çox sıxdır. Bizim Rusiya rəhbərliyi ilə də sıx təmaslarımız mövcuddur. Düşünürəm ki, bölgədə müharibənin dayandırılması üçün Azərbaycan və Türkiyə çalışır ki, birgə hərəkət etsinlər. Azərbaycan və Türkiyə prezidentləri 4 saat danışıq apardılar. Düşünürəm ki, bu görüş zamanı həm regiondakı vəziyyət, həm Ukrayna məsələsi, həm də Azərbaycan və Türkiyənin bu mövzu ilə bağlı əlavə nə kimi imkanlarının olması kimi məsələlər, qaz və neft təminatı, onların Avropa bazarlarına çıxarılması ilə bağlı yaranan problemlər və bu kimi nüanslar müzakirə oluna bilər”.
Deputatın fikrincə, bir çox təkliflər edilir ki, Cənub Qaz Dəhlizinin ötürmə gücü artırılsın:
“Bu xətlə Avropaya əlavə qazın nəql olunması təklif olunur. Doğrudur, bunu birdən-birə etmək çətindir. Ancaq hər bir halda bu işi də Azərbaycanla Türkiyə həyata keçirmək imkanındadır. İran sanksiyalardan çıxdığı halda onun da qazı TANAP vasitəsilə Avropa bazarlarına çatdırıla bilər. Təbii ki, müəyyən işlər görüldükdən sonra bunun baş verməsi mümkündür. Düşünürəm ki, bu kimi məsələlər də prezidentlər - Əliyev və Ərdoğan arasında müzakirə olunub. Eyni zamanda, bizim bölgədə Ermənistan da mövcuddur. Onun bir sıra yaramaz fəaliyyətləri də göz önündədir. Düşünürəm ki, bütün bu məsələlər Azərbaycan və Türkiyə prezidentləri tərəfindən nəzərdən keçiriləcək. Fərz edirəm ki, burada əsas məsələ təhlükəsizlikdir. Bölgədə təhlükəsizliyi qoruyub saxlamaq əsas məsələdir. Antalyada Rusiyanın və Ermənistanın xarici işlər nazirləri də görüşdü. Ermənilər indi vurnuxurlar. Düşünürəm ki, indi Rusiya ermənilərin vızıltısını eşidəcək vəziyyətdə deyil. Özlərinin bir çox problemləri var. Dünya dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər. Üstəlik, Ukraynaya təcavüz də uğursuzluqla nəticələndi”.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ



































