Nida.az
Azərbaycanın şərtləri bunlardır - Deputat açıqladı
“Bizim Ermənistana göndərdiyimiz şərtlər işğal dövründə irəli sürdüklərimizlə eynilik təşkil edir. Vətən müharibəsindən sonra biz Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğumuzu bəyan etdik”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, bizim ilk istəklərimizdən biri sərhədlərimizin Ermənistan tərəfindən tanınmasıdır: “Çünki iki qonşu dövlət arasında dinc münasibətlər ərazi iddiaları olduğu müddətdə qurula bilməz. Bölgədə sülhün qarşısını alan əsas məsələ Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsidir. İkinci şərtimiz isə Zəngəzur dəhlizinin açılması ilə bağlı qarşı tərəfin adekvat addımlar atması ola bilər. Digər şərtimiz tərəflərin mehriban qonşuluq münasibətində yaşaması üçün öhdəlik götürməsidir. Ölkəmiz həmin öhdəliyi götürməyə hazırdır və hər dəfə bunu bəyan edib. Digər istəklər isə dünyada artıq praktikada olan şərtlər ola bilər”.
A.Mirzəzadə vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıq Ermənistanı beynəlxalq hüquqa riayət edərək qonşu dövlətlərlə əməkdaşlıq etməyə məcbur edir: “Onlar bəzən sülh müqaviləsi ilə bağlı müəyyən açıqlamalar verirlər, ancaq əməllərində buna riayət etmirlər. Azərbaycan üçüncü tərəfin iştirakı olmadan sərhədlərin demarkasiya və delimitasiyası prosesinə başlamağı təklif edir. Ermənistan isə yalnız açıqlamalar verir, amma buna uyğun addımlar atmır. Sərhədlər sovetlər zamanında olan xəritələr ilə müəyyənləşə bilər. Çünki həmin dövrdən Azərbaycanın və Ermənistanın sərhədləri məlum olub. Digər tərəfdən, onlar Zəngəzur dəhlizinin açılmasına razılıq versələr də, bununla bağlı məsələlər hələ də danışıqlardan o tərəfə keçməyib. Həmçinin, ermənilər dəmir yolundan əlavə, quru yolunun açılmasına tərəddüd edir. Ancaq onlar başa düşməlidir ki, bu layihələr həyata keçməzsə, ən çox zərər Ermənistana dəyəcək. Çünki ermənilərin indiki dövrdə dünyaya çıxışı demək olar ki, yoxdur. Onu da qeyd etmək lazımdır ki, Gürcüstan vasitəsilə digər yerlərə getmək mümkündür, ancaq buraxılış məntəqələrindən onlara qarşı ciddi məhdudiyyətlər var. Bir sözlə, Ermənistan onun mənafeyinə uyğun gələn təklifləri bizim hazırladığımız üçün rədd edir. Azərbaycan qarşı tərəfin hərəkətlərindən asılı olmayaraq özünün milli maraqlarına uyğun addımlar atır. Bu yaxınlarda Naxçıvana gedəcək yeni yolun tikintisi ilə bağlı İranla razılığa gəlinməsi onu göstərir ki, Ermənistan olmadan da bu layihələr həyata keçirilir”.
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir